Dollar 6 Türk Lirəsinə yaxınlaşdı

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarının açıqlayıb. Bank faiz dərəcəsini dəyişməyərək 24 faizdə saxlayıb.

Amma, Mərkəzi Bank açıqlama mətnindən "ehtiyac olması halında əlavə sərt tədbirlət görmək" ifadəsini çıxardıb.

Mart ayındakı açıqlama mətndə bu ifadəyə yer verilmişdi;

"İnflyasiyaya təsir edən digər faktorlardakı prosesləri yaxından izləyərək ehtiyac olması halında əlavə sərt tədbirlər görülə bilər".

İfadədəki dəyişiklik, bazarlarda "faiz endiriminə qapı açıldı" şəklində qəbul edilib. Açıqlamadan sonra Dollar 5.90 lirədən 5.96 lirəyə yüksəlib. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar