RƏİS və 5 MÜAVİNİNƏ 464 MİN MANAT MAAŞ! - Mənfəət azalıb, rəhbərliyin gəliri isə artıb

Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti iki dəfə azalsa da, rəhbərliyin maaşı artıb

Vaxtilə Azərbaycanın varlı və biraz da qalmaqallı məmur-oliqarxlarından biri sayılan Aydın Bəşirovun, hazırda isə Rauf Vəliyevin rəhbərlik etdiyi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin(AXDG) 2018-ci ilin yekunlarına dair maliyyə hersabatları açıqlanıb.

Qurumun hesabatında kifayət qədər maraqlı məqamlar var ki, bunlardan biri də idarənin rəhbərliyinə daxil olan şəxslərin əmək haqları ilə bağlıdır. Belə ki, hesabatdan idarənin rəisinin və 5 müavinin illik əmək haqlarının toplam 464 min manat təşkil etdiyi məlum olur. Qeyd edək ki bu, 2017-ci illə müqayisədə 131 min manat və ya 39 faiz çoxdur. Çünki 2017-ci ildə baş rəhbərliyə cəmi ödənişlər 333 min manat təşkil etmişdi.

Deməli, ötən il hər ay rəhbərliyə 38 min 667 manat, hər bir rəhbərə isə orta hesabla 6 min 444 manat əmək haqqı və mükafat ödənilib.

Ümumiyyətlə, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 406 milyon 949 min manat cəmi xərclərinin 140 milyon 635 min manatını əməkhaqqı, maaş və sosial müdafiə xərcləri təşkil edib.

Əlbəttə ki, rəhbər şəxslərin yüksək əmək haqqı almaları normal hal sayıla bilər. Ən azından ümid etmək olar ki, bu zaman korrupsiya və digər neqativ hallara yol verilməsi ehtimalı xeyli azalır...

Lakin AXDG-nin maliyyə hesabatında başqa bir maraqlı məqam da var ki, bu da sözügedən qurumun 2018-ci ilin yekunlarına görə, xalis mənfəətinin 2 dəfə(!) azalmasıdır. Əgər 2017-ci ildə AXDG-nin qazancı 100.1 milyon manat olubsa, ötən il xalis mənfəət cəmi 52,4 milyon manat təşkil edib. Keçən il gəmiçilik şirkətinin göstərilən xidmətlər üzrə gəlirləri 4,7 faiz azalaraq, 452,1 milyon manat təşkil edib. Eyni zamanda, yük və sərnişin daşınmasından gəlirlər də 5 faiz azalıb.

Əlbəttə ki, mənfəətin belə kəskin şəkildə azalması müsbət hal və rəhbərliyin uğuru sayıla bilməz. Buna baxmayaraq, rəisin və 5 müavininin ötən il ərzində hansı xidmətlərinə görə maaş və mükafatlarının 40 faizədək artırılması qaranlıq olaraq qalır...

Tahir

“AzPolitika.info”

Şərhlər

Yengibar 2019-04-25 17:05:38

Normal olaraq bir menecment üçün 450 milyon xidmət, 52 milyon mənfəət müqabilində 6444 manat əmək haqqı çox azdır.Özünə hörmət edən mütəxəssis o dövriyyənin qarşısında o əmək haqqı ilə işləməz!3200 avro xaricdə heç bir gəmi "zapravşik"inin əmək haqqı deyil.

İqtisadiyyat Ekspertlərinə 2019-04-25 17:05:38

SSRİ səmərəsiz dövlət sahələrini belə təsərrüfatı hesabına keçirirdi. Bəs, bu nəticə dövlətimizin strateji-dinamiki və dünyəvi bəzəkli reytinqinə necə təsir göstərir? Dövlət hesabınamı çalışan Gəmiçilik kimi sifarişini icra edir və hansı ölkəyə ucuz balıq yedizdirir? Bu kimlərin səlahiyyətinə ödənir? Eyni özgələşmə iddiasını Qarabağ həlli kimi uzanan səmərəsiz layihələrə də qaldırmaq olar.

elcin-jurnalist 2019-04-25 17:05:38

xezer gemicilik idaresi son bir nece ilde en seffaf isleyen qurumdur.burada ise goturulme ve kadr teyinati edaletli qaydada- qanunayqun aparilir. Men bunu ona gore eminlikle deyirem ki bu barede ciddi melumatlara malikem.

Matros 2019-04-25 17:05:38

Bunların hamısı admiral forması geyinib,amma ömrlərində kəmi yox,heç Bakı bulvarı Venetsiyasnda katamaran da sürməyiblər.Azərbaycanın qədim gəmiçilik ənənələri var.20 yanvrda gəmi kapitanlarımız cəsurluq edib buxtanı blokladılar,hər il də o şərəfə gəmi fitləri verilir.Bunların hamısı neft şirkətinin mühasibatlığından bura gətirilib,nə bilirlər naviqasiya nədir,gəmi nədir,hamısı da admiral.Əsl gəmiçilərimiz isə başqa dövlətlərin bayrağı altında üzürlər.Yəni peşəkarlar tükənib yurdumuzda?Dəvə dlləklik edir?

Arif 2019-04-25 17:05:38

Çox hörmətli AzPolitka demək olarki son dövürlər bu adi bir hala çevrilib, Azərpoçtun rəhbərliyidə eynilə Xəzər Dəniz Cəmiyyətində baş verdiklərini təkrarlayır, əsas qazanc gətirən poçt işçilərinə çox cüzi,poçt rəisi 240-260, əməlyyatçı 200-220, anası ölmüş poçtalyonlar 160-180 manat, olduğu halda, Azərpoçtda isə 850-2500-5000 minə qədər əmək haqqı verilir.Əslində bunun səbəbləri aydındır, Azərpoçt MMC-dir idarəçiliyi öz daxilində seçməlidir, çox-çox təssülərki hələdə Lenin usul idarəçiliyini davam edirlər.

Son yazılar