BDU-nun tələbəsi dərmandan zəhərlənib

Dərc olunub: 25/04/2019 - 18:14

93cbb667-0002-4ed4-a504-e20152b3fa40Bakı Dövlət Universitetinin (BDU) tələbəsi dərmandan zəhərlənib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə bu gün baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Səidə Nərimanovanın dərs zamanı vəziyyəti pisləşib. O, təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub.










loading...


Fikrinizi bildirin