Mikroavtobusla minik maşını toqquşub – 7 nəfər yaralanıb

Dərc olunub: 25/04/2019 - 19:51

545cc1d61c02448Salyan rayonunun Noxudlu kəndi ərazisində – Ələt-Astara magistralı ilə Şirvan-Salyan yolunun kəsişməsində “Ford” markalı mikroavtobusla “Mersedes” markalı minik maşını toqquşub.

ONA-nın Mil-Muğan bürosunun xəbərinə görə, nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 3 nəfərə yerində yardım göstərilib, 4 nəfər isə Salyan rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.










loading...


Fikrinizi bildirin