Azərbaycan bu mövsümdən etibarən Livana fındıq ixrac edəcək

Dərc olunub: 25/04/2019 - 20:20

 

findiq_090118Azərbaycan bu mövsümdən etibarən Livana fındıq ixrac edəcək.

Bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan 25-dən çox ölkəyə fındıq ixrac edir və onların sırasına daha biri də əlavə olunub.

İ.Orucov qeyd edib ki, ölkəmiz 2018-ci ildə xaricə 20 min tona yaxın fındıq tədarük edib:

“Fındığın əsas mövsümü sentyabrda olsa da, illik hesabat dekabr-yanvar aylarında baş tutur. Mövsüm bitmədiyi üçün hələ də ixrac davam etməkdədir”.

Sədr bildirib ki, Azərbaycanın ən çox fındıq ixrac etdiyi ölkələr Rusiya, İtaliya və Almaniyadır.










loading...


Fikrinizi bildirin