Rusiya FTX-nin bölmə rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb

Dərc olunub: 25/04/2019 - 20:53

qandal-qoldaRusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bölmələrindən birinin rəisi, polkovnik Kirill Çerkalin və onun tabeliyində olan iki keçmiş əməkdaş iri məbləğdə rüşvət almaqda şübhəli bilinərək tutulub.

“Report” TASS-a istinadla xəbər verir ki, məlumatı FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzi yayıb.

Bildirilib ki, həmin bölmənin keçmiş əməkdaşları – Dmitri Frolov və Andrey Vasilyev əvvəllər ciddi nöqsanlara görə hərbi xidmətdən uzaqlaşdırılıblar.










loading...


Fikrinizi bildirin