Rəsul Abdullayev “Naqan”ı çıxardı… – Moskvada qanlı hesablaşma

Dərc olunub: 25/04/2019 - 21:45

281912_res_01Bu gün axşam, Bakı vaxtı ilə saat 19 radələrində Moskva polisi “Novıye Çeryomuşki” metro stansiyasının yaxınlığında atışma haqqında məlumat alıb. Virtualaz.org “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər veirr ki, hadisə yerində odlu silahdan qətlə yetirilmiş iki nəfərin meyiti aşkarlanıb.

Hadisə yeraltı keçidin yaxınlığında yerləşən parkda baş verib. Şahidlərin bildirdiyinə görə, iki kişi yüksək səslə mübahisə edib və bundan sonra onlardan biri cibindən tapança çıxarıb. Əvvəlcə o, öz qurbanını güllələyib, daha sonra isə özünü vuraraq intihar edib.

Hazırda qətlin törədildiyi ərazidə kriminalistlər çalışır.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “qətl” və “silahın qanunsuz dovriyyəsi” maddələri üzrə cinayəıt işinə başlanıb. Törədilmiş cinayətin təfərrüatları araşdırılır.

Meyitləri tapılmış kişilərin şəxsiyyəti artıq müəyyənləşdirilib. Onların hər ikisi azərbaycanlıdır. Qətlə yetirilmiş şəxsin cibindən Vaqif Hümbətovun adına verilmiş jurnalist vəsiqəsi tapılıb. Sənəd saxta olsa da, öldürülənin adı və soyadı düzgün qeyd olunub. Hələlik onun barəsində ətraflı məlumat yoxdur. Müstəntiqlər Hümbətovun qohumlarını müəyyən etməyə çalışırlar.

Jurnalisti qətlə yetirdikdən sonra intihar etmiş şəxs isə Rəsul Abdullayevdir. O, “Naqan” tipli tapançadan atəş açıb. Versiyalardan birinə görə, cinayətin törədilməsinə səbəb qan düşmənçiliyi ola bilər.










loading...


Fikrinizi bildirin