Azərbaycan Qran-prisi “Formula-2” yarışı ilə start götürüb

Dərc olunub: 26/04/2019 - 11:36

formulaSOCAR Azərbaycan Qran-prisinə start verilib.

ONA-nın məlumatına görə, paytaxtımızda ardıcıl dördüncü dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə başlayıb.

“Əvəzedicilər”də hər birində iki sürücü olmaqla, 10 komandanın pilotları sərbəst yürüşə qatılıblar. Onlar mövsümdə ikinci mərhələnin startında 45 dəqiqə mübarizə aparacaqlar.

Bu yürüşlərə Luis Deletraz, Nobuharu Matsuşita (“Karlin”), Nikita Mazepin, Nik de Vries (“Art Grand Prix”), Serxio Sette Kamara, Nikolas Latifi (“Dams”), Quanyu Jou, Luka Çiotto (“Uni-Virtuosi”), Mik Şumnaxer, Sean Qelael (“Prema”), Kallum İlott, Xuan Korrea (“Sauber”), Dorian Bokkolassi, Cek Aitken (“Kampos”), Yordan Kinq, Manaveer Raqhunathan (“Motorsport”), Tatyana Kalderon, Antoni Hubert (BWT Arden), Giliano Alesi və Ralf Boşunq (“Trident”) qatılıblar.

İlk mərhələdən sonra Luka Çiotto 37 xalla birincidir. İkinci pillədə Nikolas Latifi (35), üçüncü yerdə Serxio Sette Kamara (27) qərarlaşıb.

Qeyd edək ki, “Formula-2” pilotları günün ikinci yarısında sıralama yarışında mübarizə aparacaqlar. Bu gün “Formula-1” üzrə 2 sərbəst yürüş də təşkil olunacaq.










loading...


Fikrinizi bildirin