Gecə saatlarında bu prospektdə hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin general Səməd bəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agnetliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar