"Əhali bunu qəbul edərmi, ya yox, bu məsələ araşdırılır" - Elman Rüstəmov

“Hazırda Azərbaycanda dövriyyədə 213 milyon ədəd pul nişanı var”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 45%-i kiçik nominallı əskinazlardır: “Dövriyyədə çox işləndiyinə görə 1, 5 və 10 manatlıq dövriyyəyə buraxıldığı ilk il ərzində 80% köhnəlir. Qeyd edim ki, Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi, ya yox, bu məsələ araşdırılır”, - E.Rüstəmov vurğulayıb.

635x100

Şərhlər

E.Rüstəmova 2019-04-26 12:39:03

İndiyə qədər əhali ilə hansı məsələni razılaşmısınız ki.bunu razılaşırsınız?

Bashirov Qarib 2019-04-26 12:39:03

Elman muəllim çox gözəl yazıb, ha.Əhali bunu qəbul erərmi, ya yox.

Son yazılar