"Suriya ilə təhlükəsiz əraziyə Türkiyə nəzarət etməlidir" - XİN sözçüsü

"ABŞ rəhbərliyi yenidən təhdid dilində danışır. Bu münasibətlə heç bir uğurlu nəticə əldə etmək mümkün olmayacaq".

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O, Türkiyə ilə Suriya arasında təhlükəsizlik bölgəsindən danışaraq bildirib: “Təhlükəsizlik bölgəsi ilə bağlı mövqeyimiz qətidir. Bu əraziyə Türkiyə nəzarət etməli, YPG (terrorçu PKK-nın Suriyadakı qolu-red.) orada omamalı, sərhədboyu təhlükəsizlik bölgəsinin eni 20 mil, yaxud 32 km olmalıdır”.

O, 1915-ci il aprelin 24-ü hadisələri ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin ünvanına söylədiklərinə də toxunub: "Makronun aprelin 24-nü “anım günü” elan etməsini unutmayacağıq. Fransa Prezidentinin söylədiyi ağır ifadələrin qarşılığı olacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar