Bakıda sevdiyi qızı güllələyib öldürən şəxsə 19 il cəza verildi

Dərc olunub: 26/04/2019 - 14:00

tufeng_02334Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Qədirov 19 il azadlıqdan məhrum olunub.

İttihama görə, ötən il mayın 31-də Sabunçu rayonu, Qılman Salahov küçəsi, 15 ünvanında Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimov 2001-ci il təvəllüdlü Aytən Cəfərovanı güllələyərək qətlə yetirib, A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərovanı əlindən və çiynindən güllələyib.








loading...


Fikrinizi bildirin