Azərbaycan Qran-prisində ilk qəza baş verib - Kanalizasiya qapağı açıldı... (VİDEO)

“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.

ONA-nın məlumatına görə, bu hadisə birinci sərbəst yürüş zamanı yaşanıb.

Belə ki, “Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub.

Bu səbəbdən Corc Rassell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trassa səpələndiyindən yürüş dayandırılıb.

Qeyd edək ki, bu qəzadan sonra Beynəlxalq Avtomobil Federasiyası bütün kanalizasiya qapaqlarını yoxlamağa qərar verib.

635x100

Şərhlər

Mirzə AĞ 2019-04-26 14:12:19

Yazıq Rassel nə bilsin ki, Bakının yolları "üstü bəzək - altı təzək"dir...

ayrım 2019-04-26 14:12:19

Bəs gözdüyürdüz ki,qaddan alem? Şəhərin icində kanalizasiya qapağinin üstündədə, camahatın pəncərəsinin, balkonun altında Formula yarışı kecirmək olardımı?

Son yazılar