“Bakı yaxın illərdə namizəd olmayacaq” - Azad Rəhimov

Bakı qarşıdakı illərdə Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməyəcək.

ONA-nın “RİA-Novosti” agentliyinə istinadən məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.

O bildirib ki, 2016 və 2020-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizəd olan Azərbaycan növbəti cəhdi planlaşdırmır.

“2016 və 2020-ci illərdə bizim iki cəhdimiz olub. Biz bütün yolu qət etmişik, lakin sonda qısa siyahıya düşməmişik. Bizim əsas problemimiz idman obyektləridir. Yaxın gələcəkdə Bakının namizədliyinin verilməsi ilə bağlı planlarımız yoxdur”, – deyə nazir vurğulayıb.

635x100

Şərhlər

hop-hopnamə 2019-04-26 14:24:16

Bir az səb elə, bir müddətdən sonra da millətin qulağını 10 milyard dollar kəsərsiniz. Sizə nə var ki?? Guya Millət, Azərbaycan fikirləşirsiniz??????

EJDER 2019-04-26 14:24:16

NIYE KI,VER GETSIN ...GAZANAN QARABAQDA ,ON CEBHE XIDMET ETMIW,ERMENILERE AMAN VERMIYEN.LONDRADA KEYF ELEYEN OQLUNDU...MEQAMDI ,VER GETSIN.HA HA HA TURISTLERIN ELINDEN TERPENE BILMIRIK.HA HA HA ...

fikrət 2019-04-26 14:24:16

azada olimpiya sərf eləmir ona oqlu ücün belə formulalar sərf edir

Son yazılar