Arvadının başını kəsən kişinin cəzası 6 ay artırılıb

Zərdabda qətl törədən şəxs barəsində verilmiş məhkəmə qərarından apelyasiya protesti verilib.

ONA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan Apelyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə prokurorluğun verdiyi apelyasiya protestinə baxılıb. Məhkəmə təqsirləndirilən Astanov Aqşin Gülüş oğlu barəsində verilmiş apelyasiya protestini qismən təmin edib. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək azadlıqdan məhrumetmə cəzası 18 il 6 ay müddətinə qədər artırılıb.

Qeyd edək ki, 2016-cı il oktyabrın 23-də Zərdab rayonunun Yarməmmədbağı kəndində 1983-cü il təvəllüdlü kənd sakini Aqşin Gülüş oğlu Astanov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüxsanə Rüstəm qızı Atsanovanı ailə-məişət münaqişəsi zəminində başını balta ilə kəsərək qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Astanov 18 il azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar