Neft Fondu I rübdə valyuta satışını artırıb

Dərc olunub: 26/04/2019 - 15:53

ardnfBu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 1 551,6 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

Bu məbləğin 600,5 mln. dolları mart ayının payına düşüb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 241,4 mln. dollar və yaxud 18% çoxdur.

Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində 1 310,2 mln. ABŞ dolları məbləğində vəsait satılıb.








loading...


Fikrinizi bildirin