Zelenski Türkiyəyə dincəlməyə gedib - Ailəsi ilə birikdə

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski xəbər verib ki, qısamüddətli məzuniyyətə çıxıb və ailəsi ilə birlikdə Türkiyəyə uçub.

«Uşaqları illik festivala aparacam. Özüm isə iki gündən sonra. Dörd ayda... ilk istirahət günləri...» - deyə, siyasətçi «Feysbuk» səhifəsində yazıb.

Zelenski ünsiyyətdə açıq olacağını vəd edib və hamıya «sağlamlıq və normal istirahət» arzulayıb.

Bu ərəfədə yeni prezident xəbər verib ki, Ukrayna Mərkəzi Seçki Komisiyası (MSK) seçkilərin nəticələrinin elan olunmasını ləngitmək niyyətindədir. Beləliklə, yeni seçilmiş prezident Ali Radanı buraxmaq imkanından məhrum edilir.

Qanuna görə, Ukrayna parlamentinə növbədənkənar seçkilər o zaman keçirilə bilər ki, növbəti seçkilərin tarixinə yarım ildən artıq vaxt qalmış olsun. Əgər Zelenskinin inauqurasiyası may ayından sonra keçirilərsə, yeni prezident Radanı buraxmaq və növbədənkənar seçkilərin keçirilməsini elan etmək imkanından məhrum olar.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar