Qəzaya düşən bolidi aparan evakuasiya maşını da qəza etdi - VİDEO
Baxiş sayı:
Dərc olunub:
26/04/2019 - 16:30
“Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı xoşagəlməz hal baş verib.
"AzPolitika" “Report”a istinadla xəbər verir ki, qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüsütü piyada keçidinə ilişib. Nəticədə keçid zədələnib. Kran isə qrılıb və ondan axan yağ bolidin üzərinə tökülüb. Əraziyə ikinci evakuasiya maşını gəlib. Yekunda Rasselin bolidini boksa gətirmək mümkün olub.
Beynəlxalq Avtomobil Federasiyası isə Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb. Buna səbəb Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin bolidinin lyuka ilişərək zədələnməsidir. Trek boyunca lüklərin sayının 300-dən çox olduğu bildirilir.
Sərbəst yürüş isə ləğv olunub.
Şərhlər
Corc özunun təzə bolidinini tələb etsə,nagayracoyux.Həm yarışın pozulması,həm maddi ziyana görə daha 5-10 milyon yukləyərlər ustumuzə.Əsas inkişafdır, yalnız İRƏLİ.
Kasıb xalqın ahı tutub.İnsanlar acından günorta durur,uşaqlarını normal yedizdirə bilmir,bunlar millətin pulunu havaya sovururlar.Axı Allah bunları görür.