7 min məhbus əfv edilib

Myanma prezidenti Vin Myin təxminən 7 min məhbusu əfv edib.

ONA “Reuters”-ə istinadən xəbər verir ki, bu son bir ayda ölkədə həyata keçirilən ikinci amnistiyadır.

Bildirilir ki, 6 min 948 məhbus azadlığa buraxılıb. Azad olunanların əksəriyyəti narkotiklə əlaqədar həbs olunub.

Myanma hökumətinin rəsmi nümayəndəsinin sözlərinə görə, silahlı qruplaşma üzvləri və siyasi məhbuslar üçüncü amnistiya zamanı azadlığa buraxılacaq. Üçüncü amnistiyanın vaxtı dəqiqləşdirilməsə də 6 min nəfərin azadlığa buraxılacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar