Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI
Baxiş sayı:
Dərc olunub:
26/04/2019 - 18:10
20 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sabahdan 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.
Dəyişiklik Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib. Qeyd edilən tarixdən bu xətt üzrə avtobuslar alternativ olaraq, X.Xasməmmədov və L.Məmmədbəyli küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.
Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.