“Bütün infrastruktura “Azvirt MMC” şirkəti cavabdehdir” – “Azərsu”dan “lyuk” açıqlaması

Dərc olunub: 26/04/2019 - 21:13

modern.az_anar_3_677“Azərsu” ASC bu gün keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünün ləğv olunmasına münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, ərazidəki lyuklara “Azərsu” cavabdeh deyil:

Yarışların keçirildiyi küçələrdə bütün infrastruktura “Azvirt MMC” şirkəti cavabdehdir”.

Qeyd edək ki, bu gün keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Bakı Şəhər Halqasından verilən açıqlamada qeyd olunub ki, 300-dən çox lyuk təkrar yoxlanılacaq.








loading...


Fikrinizi bildirin