Donald Tramp OPEC-i qiymətləri aşağı salmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp OPEC nümayəndələrindən neftin qiymətini aşağı salmaq üçün addımlar atmağı xahiş edib.

“Report” CNN-ə istinadən xəbər verir ki, bunu dövlət başçısı Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.

“Yanacağın qiymətləri aşağı düşür. Mən OPEC-ə zəng vurub qiymətləri aşağı salmalısınız dedim. İndi də yanacağın qiymətləri azalır”, - deyən ABŞ Prezidenti OPEC və ya üzv dövlətlərindən məhz kiminlə söhbət etdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, bundan əvvəl D.Tramp OPEC-i neft hasilatını artırmağa və qiymətləri bir səviyyədə saxlamamağa dəfələrlə çağırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar