ABŞ-da casusluqda ittiham edilən Rusiya vətəndaşına hökm oxunub

Dərc olunub: 26/04/2019 - 20:30

95cc32b83440b1Vaşinqtonda yerli xüsusi xidmət orqanları tərəfindən casusluqda ittiham edilərək tutulan Rusiya vətəndaşı Mariya Butina 18 il azadlıqdan məhrum edilib.

ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə məhkəmə hökm çıxarıb. 9 aydır həbsxanada saxlanılan M.Butinanın azad ediləcəyi və ölkədən çıxarılacağı düşünülsə də hakim onun daha 9 ay həbsxanada saxlanılması qərarını verib. Hakim bildirib ki, tələbə olan bu şəxs nəinki ABŞ-ın siyasi sistemi barədə öyrənməyə çalışıb, həmçinin Rusiya rəhbərliyi üçün faydalı ola biləcək məlumatlar toplamaq istəyib.

Məhkəmə həmçinin onun azadlığa çıxan kimi ölkəsinə deportasiya olunması barədə qərar çıxarıb.
Mariya Butina ötən il iyulun 15-də Vaşinqtonda yerli xüsusi xidmət orqanları tərəfindən casusluqda ittiham edilərək həbs olunub. Daha sonra Rusiya vətəndaşı olan bu şəxs öz günahlarını etiraf edib. Onun istintaqla əməkdaşlığın ona maksimum cəzadan yayınmağa kömək edəcəyi üçün bu addımı atdığı deyilir.








loading...


Fikrinizi bildirin