"Qarabağ"ın tarixi uğuru dünya mətbuatında - Foto

Türkiyə mətbuatı: "Qardaş klubdan tarixi qələbə"

Azərbaycan təmsilçisi "Qarabağ"ın tarixi uğuru dünya mətbuatının gündəminə düşüb.

ANS-in məlumatına görə, tarixində ilk dəfə Avropa Liqasının qruplarına düşən komandamız Türkiyə mətbuatında "Qardaş klubdan tarixi qələbə", "Azərbaycanlı qardaşlardann tarixi uğur" kimi başlıqlarla "Qarabağ"ın uğuru oxuculara çatdırılıb.

Türkiyəni nüfuzlu NTV Spor saytı da "Qarabağ"la bağlı ""Qarabağ"dan tarixi qələbə" başlıqlı yazı yayımlayıb.

Rusiya mətbuatında isə təmsilçimizin uğuru "Qarabağ" heç-heçə oynayaraq "Twente"ni Avropa Liqasından kənarda qoydu" başlığı ilə yayımlanıb.

"Twente"nin rəsmi saytında da dünənki oyunla bağlı xəbər yayımlanıb. Klubun rəsmi saytında azerkeşlərə "Twente"nin Avropa Liqasında mübarizəni dayandırdığı elan edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar