“MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI LƏĞV OLUNMALIDIR” – “Seçkini DİN keçirsin...”

“Düşünürəm ki, Mərkəzi Seçki Komissiyasının ləğvi struktur islahatlarının növbəti mərhələsində müzakirə mövzusu ola bilər. Zənnimcə olmalıdır da”.

“AzPolitika.info”nun məlumatına görə, belə bir təkliflə sabiq YAP-çı deputat Alqış Musayev çıxış edib.

Onun fikrincə, MSK ləğv olunmalı, seçkini keçirmək səlahiyyəti Daxili İşlər və ya Ədliyyə nazirliyinə verilməlidir. “Düzdür, müstəqilliyin ilk illərində belə bir qurumun yaradılmasına xüsusi ehtiyac vardı. Zamanında yaranmış bu zərurəti heç kim inkar etmir. Artıq o vaxtdan 27 il keçib.

Etiraf etmək lazımdır ki, hazırda bu təsisat həm məzmunca, həm də prinsipcə dəbdən düşüb və köhnəlibdir. Bu həqiqətdir ki, MSK formaca sovetdən qalma bir formatdır.

Digər tərəfdən, seçki prosesi bir hüquqi prosesdir. Nəyə görə belə bir hüquqi prosesə nəzarəti bu prosesi udmaqda maraqlı olan siyasi partiyalar həyata keçirməlidir?

Bu baxımdan MSK-nın siyasi partiyaların nümayəndələri hesabına formalaşması özü də ədalətli deyil. Məhz bu səbəblərə görə MSK- nın ləğv edilib, səlahiyyətlərinin ya Daxili İşlər, ya da Ədliyyə Nazirliyinin müvafiq strukturlarından birinə verilməsi daha düzgün və məqsədəuyğun olardı...”

V.Nəsibov

635x100

Şərhlər

Seçiciyə əlavə 2019-04-27 00:05:48

Seçici siyahisinə hərbi qulluqda olan əsgərlər və hərbi qulluqçular, Daxili işlər orqanlarının işçiləri salınmamalıdır. Əsgərlərin,DİN işçilərinin yuxarı komandirin əmrinə tabe olduqlarından( onların qulluq müddətində) və həm də həbsdə olanların (onlar da sərbəst fikir daşıyıcısı ola bilməzlər və məhkəmənin qərarı ilə səs vermədən məhrum olunurlar)səs verməyə cəlb edilməsi saxtakarlığa açəq yoldur..Çünki nəzarət altınddırlar və səs verməyə (həbs müddətində ) cəlb edilmələri doğru və qanuni deyil.

zakir 2019-04-27 00:05:48

bu adamin sozunun setiralti menasi beledir-azerbaycanda seckiler saxta ve qeyri qanuni kecirilir. ehsen sende ki cesarete

Elmar 2019-04-27 00:05:48

MEQRİNİ ALDIN İNDİ DƏ SEÇKİDƏ QANUN QAYDA YARAT

Kənar adam 2019-04-27 00:05:48

Ən yaxşısı elə seçkilərin ümumiyyətlə ləğv olunmasıdır. Əvavə xərclərə nə ehtiyac var ki?

Yasar 2019-04-27 00:05:48

Danisiqinizi bilirsibizmi, Alqis muellim? Cox xahis edirem, komputer ve telefonunuzu sondurun, gedin ozunuze basqa mesquliyyet tapin.

Azərbaycan vətəndaşı 2019-04-27 00:05:48

Sovet vaxtı mərkəzi seçki komissyası yox idi.

Abdulla 2019-04-27 00:05:48

Mzahir bəyin əmlaklarından, gəlirlərindən xəbəri olan var?Bilirsiniz bu saxtalaşdırma nə qədər gəlirli iş olub? Adam qısa ərəfədə yeni ev.villa sahibi olub,yüksək maaşla təmin olunub.Belə işi buraxmaq olar?Yaşasın Mərkəzi saxtakarlıq!

NURəddin 2019-04-27 00:05:48

PAPAĞI ƏLİNİN BAŞINDAN GÖTÜRÜB VƏLİNİN BAŞINA QOYMAQLA MUXRUFATI HƏRİFLƏYƏCƏYİNİ ZƏNN EDİR. BUNUNLA DA TƏMSİL ETDİYİ CAMİYƏDƏN ƏNAM QOPARACAĞINI DÜŞÜNÜR. DEYİR BİR GÜN ÇOBAN 1 QOYUNU SÜRÜDƏN AYIRIB HARASA APARIR.YOLDA QOYUN ÇOBANDAN KÜSÜR.ÇOBAN DEYİR NİYƏ MISMIRIQ EDİRSƏN SƏNƏ NƏ PİSLİYİM DƏYİB? DÜNƏN SƏNİ QURDUN ƏLİNDƏN ALMADIM? QOYUN QAYIDIR Kİ, GUYA BİLMİRƏM, QURDDAN ALIB İNDİ DƏ QƏSSABA APARIRSAN DƏƏ.

Cavid 2019-04-27 00:05:48

Son on ildə Alqışdan yeganə ağıllı təklif.Afərin,

Oqtay 2019-04-27 00:05:48

Toplananların yerini dəyişməklə cəm dəyişmir.

Elli 2019-04-27 00:05:48

Alqış Musayev və veteranın verdiyi təkliflər düzgün təkliflərdir, ona görə də dəstəklənsin!

Veteran 2019-04-27 00:05:48

Onda VVAQ wobeleri de legv olunmalidir. Ne ucun uwaq anadan olanda ona muvafiq senedi bir orqan, mueyyen yawdan sonra ise bawqa bir orqan vermelidir. Bu da sovetden qalma bir formadir.

keçici qırmızı bayraqlar 2019-04-27 00:05:48

Ey iqtidar!! Ey Yapon İmperatorları (Z.H.) a qadanız alım, bir kürsü verin o da başlasın nöyütün ...

miri 2019-04-27 00:05:48

Bu Məmləkətdə bütün haqsızlıq və ədalətsizliklər (seçki daxil kiçik istisnalar dan başqa) məhz DİN və ƏN vasitəsi ilə həyata keçirilir. İndi MSK səlahiyyətlərini də ona verməklə bütün haqsizliqlari idarə etmədə "vahid pəncərə" yarada bilərik. Onda əsl analoqsuz olarıq . Alqış sizə, müəllif!))))

Moshu 2019-04-27 00:05:48

Cənab Alqış Musayev Mərkəzi Seçki Komissiyasının ləğvini təklif edir. Sözün açığı bu YAP-çı "ideoloqlar, siyasətçilər" gecə yatıb səhər duranda ağıllarına min bir fikir gəlir. Bəlkə də ona görə millət bu gündədir. Vacib odur ki, MSK şəffaf, vicdanla işləsin, şərəfini itirməsin. İstanbulda bələdiyyə seçkilərini, Ukraynada Prezident seçkilərini xatırlamaq kKifayətdir ay Alqış bəy. Bu xalq özünə hörmət etməyi bacaranda MSK-da düzgün işləyəcəkdir, seçkilərdə lazım olan səviyyədə olacaq. Ən azından Rusiyanın təcrübəsindən bəhrələnmək lazımdır

oxucu 2019-04-27 00:05:48

Çox əla olardı.Belə bir qurum heç kəsə lazım deyil.5-6 ildən bir seçki olacaq bunlar il uzunu büdcədən pul yeyirlər.Tamamilə düzgüm təklifdir. Seçki komisiyası xalqın nifrət elədiyi,seçkini saxtalaşdıran bir qurumdur. O qurum isə ancaq seçkini saxtalaşdırmağa yarayır. DİN verilsə lap yaxşı olar.Məmurların içində Ramil Usubov hörmətə layiq bir adamdır.

Mirzə AĞ 2019-04-27 00:05:48

Güc strukturunun seçki keçirməsi yolverilməzdir!!!

t.ədalət 2019-04-27 00:05:48

Alqış müəllimin təklifində bir həqiqət vardır.Ancaq MSK-nı DİN yox,Konstitusiya Məhkəməsi əvəz edə bilər.Çünki söhbət seçilmişlərə,həm də səlahiyyət verməkdən gedir.

Seçici 2019-04-27 00:05:48

Ümumiyyətlə seçki Komissiyaları ( MSK ən öncə ) paritet formada (iqtidar,həqiqi müxalifət,həqiqi bitərəf ) olmaqla təşkil olunmalıdır. Seçki zamanı seçicilərə sərbəst səs vermk imkanı yaradılmalı, avtobuslarla müəllim və digər dövlət orqanları işçilrinin karuselinin təşkili qadağan olunmlı, sayım doğu və cidd olmalıdır.Seçkilərdə seçicilərin 60 %-dən çoxunun iştirakı təmin olunmalı,seçici sayının 50 faizdən çoxunun səsini almış namizəd seçilmiş sayılmalıdır. Yalnız bu zaman seçkinin baş tutduğu qəbul edil

Son yazılar