Obama Poroşenkonu Vaşinqtona dəvət etdi

ABŞ prezidenti Barak Obama ukraynalı həmkarı Pyotr Poroşenkonu Vaşinqtona dəvət edib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Ağ evdə çıxışı zamanı Obama bildirib ki, bu, Poroşenkonun andiçməsindən sonra ABŞ-a ilk səfəri olacaq.

Bu səfərin ABŞ-Ukrayna birliyinin təzahürü olacağını deyən Obama Ukraynadakı gərginliyə görə Rusiyanı ittiham edib.

“Rusiya separatçılar üçün təlimlər keçirir, silahlandırır. Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasını peyk çəklişləri də təsdiq edir”, - deyə o vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar