Rusiya Ukraynanın içərilərinə hücuma hazırlaşır

Səhər saatlarından Rusiya tanklarının Mariupol şəhəri yaxınlığında qərarlaşdığı və Ukraynanın dərinliyinə hücuma keçmək üçün əmr gözlədikləri məlum olub. Axar.az xəbər verir ki, bu barədə TSN telekanalı məlumat yayıb.

Bildirilib ki, rus hərbçiləri artıq Mariupolun 20 km-də döyüş hazırlığındadırlar. Onlar Ukraynanın digər şəhər və qəsəbələrini ələ keçirmək üçün son əməliyyat taktikasını nəzərdən keçirirlər. Sözügedən şəhərin yaxınlığında 60-a yaxın Rusiya tankı qeydə alınıb.

Əsgərlərin verdiyi məlumata görə, tanklar “Novorossiya”nın rənglərinə boyadılıb.

Xatırladaq ki, Ukrayna kəşfiyyatı qarşı tərəfin bütün həmlələrini, yerdəyişmələri və əməliyyat gedişlərini diqqətdə saxladıqlarını vurğulayıblar. Onlar Mariupoldan başqa Novoazovskinin də təhlükə altında olduğunu açıqlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar