PUTİNİN YENİ İŞĞAL SİLAHI: RUSİYA PASPORTU! – Rusiya prezidenti bütün əndazələri aşır

Bu gün MDB məkanında hansı “qaynar nöqtəyə” nəzər yetirsəniz, orada yaşayan əhalinin əhəmiyyətli qisminin ya ikili vətəndaşlığa, ya da tək Rusiya vətəndaşlığına malik olduğunu görəcəksiniz. Elə ikili vətəndaşlığı olanların da “ikinci vətəni” yenə Rusiyadır. Təkcə bu fakt keçmiş SSRİ-nin dövründən qalan və hələ də qanayan yaraların əsas baiskarının məhz Rusiya olduğunun daha bir bariz sübutudur.

Ukraynanı “sındırmaq” üçün alət...

Rəsmi Moskvanın hələ də özünü MDB ölkələrinin gerçək “xozeyini” kimi aparması və bunu hər imkan düşdükcə isbatlamağa çalışması çox zaman bütün əndazələri aşır və beynəlxalq hüquq normalarını alt-üst edir. Rusiya hazırda əsas hədəf olaraq seçdiyi və bütün yollarla “sındırmağa” çalışdığı Ukraynada da beynəxalq birliyin adət etdiyi kobud və açıq hörmətsizlik əks etdirən davranışlarını sürdürməkdədir. Əslində, Ukraynadakı son prezident seçkilərinin Moskva-Kiyev münasibətlərinə hansısa müsbət təsirinin olacağı, bu münasibətlərdə yeni səhifənin açılacağını gözləyənlər az deyildi.

Lakin rəsmi Moskva nəinki yeni hakimiyyətlə dialoq işarələri verdi, əksinə, hələ də təbrik etmədiyi yeni prezidentin inauqurasiya mərasimi keçirilməmiş Ukrayna ərazilərinin işğalını rəsmiləşdirməyə yönələn növbəti addımını atdı. Söhbət Donbasın işğal olunan ərazilərində, qondarma Luqansk və Donetsk respublikalarında yaşayanlara Rusiya vətəndaşlığının verilməsindən gedir. Vladimir Putin bununla bağlı xüsusi fərman imzalayıb ki, bu sənədə əsasən də artıq faktiki olaraq, Ukrayna vətəndaşlığı daşıyan həmin şəxslər asanlaşdırılmış qaydada Rusiya pasportunu ala biləcəklər. Bunun üçün ərizə verdikdən sonra cəmi 3 ay gözləmək kifayət edəcək.

Bununla rəsmi Moskva Krımın ilhaqından sonra Donbasın da işğalını rəsmiləşdirmək istiqamətində addım ataraq, gerçək niyyətlərini qətiyyən gizlətmək fikrində olmadığını təsdiqlədi. Bu addımla Rusiya həm də təsdiqlədi ki, Moskvanın problemi Poroşenkonun, yaxud başqa birisinin hakimiyyətdə olması deyil, ümumiyyətlə Ukraynanın dövlət kimi mövcud olmasıdır!

Rusiyanın bu qərarına cavab olaraq, Ukrayna tərəfi müəyyən addımlar atacağı barədə bəyanatlar verir - Rusiyaya qarşı Avropanın və Ukraynanın iqtisadi sanksiyaları, siyasi təzyiqlər və sair. Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib ki, onun ölkəsi bütün beynəlxalq platformalarda Rusiyanın bu addımına görə cəzalandırılmasına, daha kəsərli iqtisadi və siyasi sanksiyaların tətbiqinə nail olmağa çalışacaq. Yeni seçilmiş prezident Vladimir Zelenskinin sözçüsü Dmitri Razumkov isə bildirib ki, Rusiya bu addımı ilə Ukrayna torpaqlarını işğal etdiyini etiraf etmiş olub: “Rusiya bu qərarla işğalçı dövlət olduğunu təsdiqlədi.” Razumkov deyib ki, belə addımlar regionda sülhün yaradılmasına xidmət etmir. Ancaq bununla yanaşı o, Ukraynanın qətiyyətli addımlar atacağını və bölgədə sülh olacaqsa, bu sülhün Rusiyanın deyil, yalnız Ukraynanın şərtləri əsasında mövcud olacağını bildirib.

Rusiya pasportu kimə lazımdır?

Putin

Artıq beynəlxalq aktyorlar Rusiyanın bu addımını qınayan açıqlamalar, qərarlar verməyə başlayıblar. Məsələn, ABŞ Konqresi Putinin bu fərmanını kəskin şəkildə pisləyib. Lakin təcrübə göstərir ki, nə sanksiyalar, nə də siyasi təzyiqlər gözlənilən effekti vermir. Əksinə, getdikcə Rusiya tərəfinin arxayınçılığı və özündənrazılığı daha da artır və sərhəd tanımır. Məsələn, bu mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandıran V.Putin deyib ki, nəinki Luqansk və Donetskdə yaşayanlara, bütün Ukrayna vətəndaşlarına asanlaşdırılmış qaydada Rusiya pasportu verməyə hazırdır. Hətta əlavə edib ki, Luqansk və Donetskdə yaşayanlara Rusiya vətəndaşlığının verilməsində qeyri-adi heç nə yoxdur və belə hallar başqa dövlətlərin də təcrübəsində müşahidə olunub. Rusiya prezidentinin bu açıqlamalarından sonra elə eyni mətbuat konfransında Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu deməsi isə artıq şərhə yer qoymur...

Rusiya pasportunun onu daşıyan sıravi insanlara verdiyi üstünlüklərə gəlincə isə burada da birmənalı fikir söyləmək çətindir. Çünki tarix Rusiyanın “qaynar nöqtələrdə” sonradan vətəndaşlıq verdiyi insanların heç də “ağ günə çıxmadığını” göstərir. Əksinə, onlardan sadəcə siyasi alət, işğal üçün əsas kimi istifadə olunduğu müşahidə edilir. Bu gerçəkilk özünü Cənubi Osetiyadan tutmuş “Dnestryanı Respublikasına” qədər bir çox bölgələrdə göstərib. Əlbəttə ki, Donbas da bunun davamıdır.

Ümumiyyətlə, Rusiya vətəndaşlığı daşımağın hər hansı üstünlüklərinin olduğuna şübhə etmək üçün kifayət qədər əsaslar var. Məsələn, Rusiya hakimiyyəti nəinki ətraf respublikalara, hətta öz vətəndaşlarına qarşı da ikili standartlar yürütdüyünü dəfələrlə isbat edib. Təkcə öz vətənini görmək istəyinə görə Ermənistanda əsirlikdə, girovluqda saxlanılan Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğunu xatırlatmaq kifayətdir. Rusiya onun azad olunması üçün hansısa addımı atıbmı? Yox. Ancaq hansısa erməni əsilli Rusiya vətəndaşı təhlükəsizlik səbəbindən Bakıya buraxılmayanda Rusiya XİN-in ermənipərəst sözçüsü Mariya Zaxarova az qalır saçını yolub, fəryad etsin. Və buna bənzər faktlar kifayət qədərdir.

Yaxud, olsun Rusiya pasportunun verdiyi sırf texniki üstünlüklər və xarici ölkələrin ona münasibəti. Məsələn, əgər elə həmin Ukrayna vətəndaşları öz pasportları ilə dünyanın 128 ölkəsinə vizasız gedə bilirlərsə, Rusiya vətəndaşları üçün bu rəqəm 118-dir.

Ancaq sözsüz ki, Putini və onun hakimiyyətini öz pasportlarının nüfuzu və Rusiya vətəndaşlarına xaricdə göstərilən münasibət az maraqlandırır. İndi bu sənəd onlara daha çox silah kimi lazımdır – öz iqtisadi və siyasi maraqlarını təmin, ətraf respublikaları isə təhdid etmək, gərginlikdə saxlamaq, günahsız insanları, xalqları bir-birinə qırdırmaq üçün...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

TARIX 2019-04-28 00:02:00

AZƏRBAYCAN TEZLİKLƏ BUNLARDAN NƏTİCƏ CİXARTMALI LAZIMİ TƏDBİRLƏR GÖRMƏLİDİR.SSRİ-NİN APARDIĞI AGRESİV SİYASƏTİ RUS İMPERİYASI DAHA BİABİRCI ŞƏKİLDƏ BEYNƏLXALQ QANULARARA MƏHƏL QOYMADAN APARIR.

musa 2019-04-28 00:02:00

Rus gedan qatari tormozlamaq istayan mexanizimdir . bu ... putinin cavabini vermadikca azqinlashir . botokslu ....

Geber 2019-04-28 00:02:00

Putinin pasport cavali uqursuz qarb Учун габагджадан балли манасиз бир гедишдир Путин дErik , rus beyin potentiansali qarbla qozubaqli uzun wahmat xodlarindan sonra mahf olmasi 2013 -cu ildan birmanali faktdir Bashsiz rus bawi kreml faktiki qarbin reanimasiya wobasinda olmasindan fantastic potok ilyuziyalarla xabarsizdir. Putin xabarsizdir , ki Elsin hakimiyyat va Rusiyya sarvatlarini qizinan nazaratinda olmasina xatir , SNQ makaninda har hansi Rusa pasport vermayacayi barada qizlin protokollara imza a

Son yazılar