“Baku Steel Company”nin əmlakı girovluqda

“Azərtəkrarqarametal” ASC-nin əmlakı bank krediti almaq üçün ipotekaya girov qoyulub. Bu barədə qərar müəssisənin əsas səhmdarı “Baku Steel Company” (BSC) MMC-nin təşəbbüsü ilə 25-da ümumi yığıncaqda qəbul edilib.

Minoritarlar "Turan"a bildirib ki, ümumi yığıncaqda bu vacib qərarın səbəbləri açıqlanmayıb. Həmçinin kreditin həcmi, ödəniş müddəti, istifadə forması barədə məlumat verilməyib. Yığıncaq bir neçə dəqiqə çəkib, qərara yalnız “Baku Steel Company” MMC-nin təmsilçisi səs verib.

BSC Azərbaycanda və xaricdə qara metallurgiya üzrə bir sıra layihə həyata keçirir. Şirkət “Azərboru” ASC-də 97% səhmə malikdir. Eləcə də “Baku Steel Construction” (keçmiş “Bakı Poladtökmə”) və “Xəzərboru” MMC-yə nəzarət edir.

Özəlləşmə planına əsasən, “Azərtəkrarqarametal”ın Bakı və regionlarda 9 metal tullantısı alma məntəqəsi var. O, 2000-ci illərin əvvəllərində özəlləşdirilib. Nominalı 850 min manat olan səhmlərinin 95% BSC-yə məxsusdur.

İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, “Baku Steel Company” MMC-nin nizamnamə kapitalı 36 mln manatdır və 2009-cu ildə 3 SC-də payının birləşdirilməsi ilə yaradılıb: “Bakelektroqaynaq” (839.306 ədəd, 1 səhmin nominal qiyməti 24 manat), “Azərtekrarqarametal” (411 657 ədəd, 2 manat) və “Baku Oksigen Kompani” (438 194 ədəd, 2 manat).

«Mühasibat uçotu haqqında» qanuna zidd olaraq, “Baku Steel Company” MMC maliyyə hesabatlarını açıqlamır və saytında yerləşdirmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar