Efiopiyanın sabiq prezidenti vəfat edib

Efiopiyanı 1995-ci ildən 2001-ci ilə qədər idarə etmiş keçmiş prezident Neqasso Qidada 76 yaşında vəfat edib.

"Report" TASS-a istinadla xəbər verir ki, AFP agentliyi bildirib.

Qeyd edilir ki, siyasətçi müalicə olunduğu Almaniyada ölüb. Həkimlər onun vəfat səbəbini açıqlamayıblar.

Neqasso Qidada 1995-ci ilin avqustunda Efiopiyada parlament respublikasının qurulmasından sonra ölkənin birinci prezidenti olub. 2001-ci ildə onu Qirme Volde-Qiorqis əvəz edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar