Ukraynanı tərk edən Kadırovun muzdlularından biri bəyanat yaydı

Ukrayna separatçılarına dəstək olmaq üçün bu ölkənin şərqində Ukrayna ordusuna qarşı döyüşlərdə iştitrak edən Kadırovun muzdlularından biri döyüş bölgəsini tərk edərək bəyanat yayıb.

Avropa.info xəbər verir ki, muzdlu çeçen hazırda onlara vəd olunan pulun verilmədiyini, buna görə Donetskdən qaçdığınını bəyan edib.

Onun sözlərinə görə, Rusiya vəd etdiyinin əksinə olaraq onlara pul vermir və hazırda bir çox çeçenlər Ukraynanı tərk etmək haqda düşünürlər.

Kadırovun muzdluları Cövhər Dudayev adına Avropada təsis olunan hərbi bataliyonun Ukraynaya gəlməsindən də ehtiyat etməyə başlayıb.

Onların Ukraynanı tərk etmək istəməsinə səbəblərdən biri də, bu bataliyonun yaxın vaxtlarda Ukraynaya gəlmə ehtimalı barədə dolaşan söz-söhbətlərdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar