“Lyukla bağlı problem şəhər traslarında tez-tez olur” - Arif Rəhimov

“Yarış çox yaxşı keçdi, yetərincə ötmələr vardı. Başlanğıcda bir qədər sakitçilik olsa da, sonradan maraqlı mübarizə izləyə bildik”.

“Report” xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin nəticələri barədə danışarkən deyib.

Onun sözlərinə görə, yarış ərzində ötmələr, qəza və digər elementlər görmək olub: “Daniel Rikkardonun yoldan çıxandan sonra bolidini geri verən zaman Daniil Kvyatın maşını vurması maraqlı idi. Yarış insidentsiz keçdi, çox böyük publika vardı. Ötən mövsüm oluğu qədər ajiotaj vardı. Əvvəlki illərdə insanlar daha çox konsert proqramlarına maraq göstərirdilərsə, bu dəfə əsas fikirlərini yarışa yönəltmişdilər. Fikrimcə, bu ilki yarışla bağlı daha çox təsnifat mərhələsi yadda qalacaq”.

A.Rəhimov birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın "Williams" komandasının pilotu Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsinə də toxunub: “Lyukla bağlı olayı “Formula 1”də son 20 ildə 6 və ya 7-ci dəfədir baş verir. Bu, şəhər traslarında tez-tez olur. Monakoda iki dəfə, eləcə də Çin və Malayziya kimi qeyri-şəhər traslarında yaşanıb. Bizim səhvimdir, heç bir insident baş vermədən yoluna qoyduq”.

İcraçı direktor SOCAR Azərbaycan Qran-prisinin 2020-ci ildə hansı tarixlərdə baş tutacağını bilmədiklərini deyib: “Formula 1” rəhbərliyi ilə danışırıq. Onlar bizə ilkin təqvimlərini verməlidirlər. İstənilən halda, elə edəcəyik ki, Bakıda “Formula 1”lə AVRO-2020-nin final mərhələsinin oyunları eyni həftəyə düşməsin”.

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisinin qalibi “Mercedes”in pilotu Valtteri Bottas olub.

635x100

Şərhlər

EJDER 2019-04-28 20:03:26

BURADA DEYIBLER,...OL,BEXTIN OLSUN.LONDRADA HAVA NEJEDI.BELE LYUKLAR COX OLUR...YALAN DANIWANIN ATABATASINA...LONDRADA YAWAYANLARIN ITLERININ...

Vətəndaş 2019-04-28 20:03:26

A.Rəhimov özünü Milli Qəhrəman kimi aparır. Yaxşı olardı ki, onu Qarabağa göndərəydilər və bir az da döyüşdə iştirak edəydi, ağ çörəyini yediyi, naz-nemət işində yaşadığı Vətənimizi qoruyanların yanında olaydı.

Əli 2019-04-28 20:03:26

Hə nə olsun gəldilər vızzı vız sürdulər getdilər ondan bizə nə?

Son yazılar