"Nüvə razılaşmasına hazırıq, amma..." - Kreml şərt qoydu

Yeni bir nüvə razılaşmasına hazırıq, ancaq ciddi müzakirələr aparılmalıdır.

Bunu Rusiya prezidentinin müavini Yuri Uşakov deyib. O, Rusiyanın nüvə silahından imtina etməsi üçün yeni razılaşmalara hazır olub-olmaması ilə bağlı sualları cavablandırıb:

“Qalan razılaşmalar tətbiq edilməlidir. Yeni bir razılaşmaya hazırıq, ancaq bunun üçün ciddi müzakirələr aparmaq lazımdır. Təəssüf ki, heç kim hələlik bununla bağlı bir addım atmayıb”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya və Çini nüvə silahından imtina etməyə çağırmışdı.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

635x100

Şərhlər

Veteran 2019-04-28 20:55:24

Prezidentin muavini?! Uwakov Putinin komekcisidir

Son yazılar