Lənkəranda yaşlı kişi çayda boğulub

Lənkəran rayonunun Boladi kəndində çayda boğulma hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, 1958-ci il təvəllüdlü Miriyev Abdulla Qurban oğlu çayda balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb.

Kişinin hadisədən xəbər tutan oğlu onu xilas etmək istəsə də, bu, mümkün olmayıb. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar