Kürdəmirdə sürücünün yatması nəticəsində maşın su kanalına düşüb

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai Sonata" markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbə sakini, 1978-ci il təvəllüdlü Xədicə Əlibaba qızı Mamedova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəyə sürücünün sükan arxasında yatması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar