Müdirini, arvadını və qızını öldürdü - Sonra intihar etdi

Sakaryanın Ərənlər qəsəbəsində dəhşətli cinayət baş verib.

“Qafqazinfo” “NTV Türkiyə”yə istinadla xəbər verir ki, İsmayıl Bozbay adlı şəxslə müdiri Əhməd Kuzqun arasında pul üstündə mübahisə düşüb. Nəticədə İsmayıl müdirini öldürüb.

O, daha sonra evinə gedərək həyat yoldaşı Aycanı namaz qıldığı yerdə qətlə yetirib. Adınca 4 yaşlı qızı Serranı öldürüb, sonda isə intihar edib.

Polislər evdə araşdırma apararkən İsmayılın intihardan öncə yazdığı məktubu tapıblar. İsmayılın yazdığına görə, müdirindən pul alacağı olub. Lakin müdir pulu verməyəcəyini bildirdikdən sonra onu silahla qorxutmaq istəyib. Bu zaman istəməyərək atəş açılıb və Əhməd Kuzqun ölüb. O, məktubda qeyd edib ki, bu hadisədən sonra ailəsinin çətin vəziyyətdə yaşamaması üçün onları da öldürmək qərarına gəlib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar