"Mançester Yunayted" "Çelsi" ilə heç-heçə edib

"Mançester Yunayted" futbol üzrə İngiltərə Premyer Liqasının 36-cı turunda "Çelsi" ilə heç-heçə edib.

"Report" xəbər verir ki, Mançester şəhərinin "Old Trafford" stadionunda baş tutan görüş 1:1 hesabı ilə nəticələnib.

Baş hakim Martin Atkinsonun idarə etdiyi matçda hesab 11-ci dəqiqədə açılıb. "Qırmızı şeytanlar"ın futbolçusu Xuan Mata avtoqol müəllifi olub. Birinci hissənin sonlarında Markos Alonso hesabda bərabərlik yaradıb.

Bu oyundan sonra "Mançester Yunayted" xallarının sayını 65-ə (6-cı yer), "Çelsi" isə 68-ə (4-cü yer) çatdırıb.

İngiltərə Premyer Liqası. 36-cı tur

"Mançester Yunayted" – "Çelsi" - 1:1

Qollar: 1:0 – Mata – 11, 1:1 – Alonso – 43

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar