3 TON HEROİN İŞİNƏ GÖRƏ GÖMRÜKDƏ "TƏMİZLƏMƏLƏR" BAŞLAYIB - Məxfi aparılan istintaqda yeniliklər!

Astara Gömrük-Keçid Məntəqəsinin dörd məmuru işdən çıxarıldı

İyulun 11-də Gürcüstan ərazisində tutulan 3 ton heroin işilə bağlı daha bir məlumat yayılıb. Belə ki, “Yeni Müsavat”a Astaradan daxil olan məlumata görə, Astara Gömrük - Keçid Məntəqəsinin qaçaqmalçılıq şöbəsində çalışan 4 məmur işdən çıxarılıb. Gömrükçülər Azərbaycandan keçən və Gürcüstanda tutulan 3 ton heroin əməliyyatına görə vəzifədən kənarlaşdırılıblar.

Bu məlumatın detalarına kecməzdən öncə xatırladaq ki, iyul ayının 12-də Gürcüstan polisi yük maşınında üç ton maye heroin aparan iki nəfəri saxladığı barədə məlumat yayıb. DİN bu qədər böyük miqdarda narkotikin tutulmasını “presedentsiz hadisə” adlandırıb. Müəyyən edilib ki, iki Gürcüstan vətəndaşı Azərbaycandan Türkiyəyə gedirmiş. Avtomobilə baxış zamanı 30 litrlik 93 qabda maye narkotik aşkarlanıb.

Kriminalistlərin məlumatına görə, narkotik maddənin 80 faizi xalis heroindən ibarətdir. Onun bazar qiyməti 100 milyonlarla dollar təşkil edir.

Beynəlxalq aləmin diqqətini cəlb edən bu hadisənin üzərindən xeyli vaxt keçsə də, Azərbaycan hökuməti, o cümlədən Dövlət Gömrük Komitəsi və Sərhəd Xidməti 3 ton heroinin Azərbaycan sərhədindən necə keçdiyinə dair ictimaiyyəti inandıra biləcək izahat verməyiblər. Hadisədən 1 gün sonra narkotik maddənin Gürcüstan ərazisinə Ermənistandan keçirildiyi haqda məlumat dövriyyəyə buraxılsa da, Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bu məlumatı təkzib etdi və “malın” Azərbaycan vasitəsilə
ölkəyə gətirildiyini bir daha bəyan etdi.

Bundan sonra təxminən 150 milyon dollar dəyərində olan heroinin Gürcüstanda tutulması əməliyyatından Azərbaycan tərəfinin məlumatlı olduğu barədə xəbərlər yaydırıldı. Hətta iddia edildi ki, Gürcüstanın daxili işlər naziri əməliyyatdan Azərbaycan tərəfinin məlumatlı olduğunu bildirib. Yəni, guya Azərbaycan “mal”ı əməliyyat çərçivəsində sərhəddən buraxıb. Ancaq bu məlumat da təsdiqini tapmadı. Hər halda Gürcüstan mediasında, eləcə də bu ölkənin DİN-nin rəsmi internet səhifəsində məlum əməliyyat barədə yerləşdirilən xəbərlərdə Azərbaycan tərəfinin məsələdən məlumatlı olduğu barədə qeyd yoxdur.

Əvəzində “Azadlıq” qəzeti bu yaxınlarda 3 ton heroinin tutulması əməliyyatını Amerika kəşfiyyatının Gürcüstan hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi xəbərini yaydı. Hətta bu məlumatda iddia edilirdi ki, heroinin Azərbaycan ərazisində hərəkəti, o cümlədən məxfi bir yerdə saflaşdırılması əməliyyatı ABŞ kəşfiyyatı tərəfindən lentə də alınıb…

Azərbaycan rəsmiləri, o cümlədən hüquq-mühafizə orqanları isə üzərindən bir aydan artıq müddət keçsə də, 3 ton heroin işi ilə bağlı susmaqda davam edirlər. Ancaq müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, hökumətdə bnunla balım üəyyən narahatçılq var, bu işə bağlı geniş araşdırmalar aarılır. Elə Astara Gömrük-Keçid Məntəqəsinin qaçaqmalçılıq şöbəsində çalışan 4 məmur işdən çıxarılmasına dair məlumatda bunu təsdiqləyir.

Məlumatda qeyd olunur ki, işdən qovulan gömrükçülərdən biri Astara sakinidir, digərləri isə başqa bölgələrdəndir. Onların adları açıqlanmasa da, mənbənin sözlərinə görə, işdən çıxarılan gömrükçülər məhz Gürcüstanda saxlanılan 3 ton herion, ardınca da Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanılan 60 kiloqram heroin əməliyyatlarının qurbanı olublar.

Qaynağımız iddia edir ki, gömrükçülər məsuliyyətsizlikdə təqsirli bilinərək gömrük sistemindən kənarlaşdırılıblar: “Bu əməliyyatı ört-basdır etmək üçün Astara gömrüyü ”günah keçi"si axtarıb tapıb. Gürcüstanda saxlanılan 3 ton heroinin məhz bu məntəqədən Azərbaycana keçməsi barədə məlumatlar var. Gürcüstandakı əməliyyat ictimailəşəndən sonra Astara gömrüyünə qarşı yuxarı dairələrdən ciddi təzyiq olub, gömrük rəisi Hikmət Məmmədovdan haqq-hesab sorulub, bu işin necə baş verməsinin izahatı tələb edilib.

Gömrük rəisi də təcili Astara gömrüyündə araşdırmalara başlayıb, 3 ton heroinin keçməsində müqəssirlər ortaya çıxarılıb. Nəticədə 4 gömrükçü işindən uzaqlaşdırılıb. Amma bu, elə böyük miqyaslı işdir ki, 4 gömrükçünün səlahiyyətləri çərçivəsinə sığmır. Onları işdən “gözə kül üfürmək” üçün uzaqlaşdırıblar".

Başqa bir mənbə də məlumatı təsdiqləyərək musavat.com-a bildirib ki, Gürcüstandakı şok əməliyyatdan başqa iki həftə öncə Astara gömrüyündən çıxan 60 kq heroin Qazaxda tutulub. Narkotik maddələr çıxan gün Astara gömrüyünün yük və narkotik şöbələrində növbədə olan 4 məmur işdən azad edilib. Gömrük rəhbərliyi məmurlardan “könüllü” istefa ərizəsi yazmağı tələb edib. Yalnız biri - astaralı məmur buna etiraz etdiyi üçün işdən qovulub. Qalanları isə öz ərizələri ilə işdən çıxıblar.

İddialarla bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Bakıda Gürcüstan ərazisində tutulan 3 ton heroin işilə bağlı araşdırmların aparıması haqda bu ilk məlumat deyil. Bu yaxınlarda hüquq-mühafizə orqanlarındakı mənbələrdən AzPolitika.info-ya daxil olan məlumatda da bu işdə şok yenilikin oldduğu ortaya çıxmışdı.

Mötəbər mənbələrdən AzPolitika.info-ya verilən bilgidə qeyd olunurdu ki, 3 ton heroinin Azərbaycan ərazisinə necə daxil olması və çıxarılması ilə bağlı çox ciddi istintaq başlayıb. Bizə verilən məlumata görə, onlarla adam istintaqa cəlb olunub, xeyli saxlanılanlar var. Yollarda quraşdırılmış müşahidə kameralarının incələnməsindən sonra “yük” Azərbaycan ərazisində daxil olandan sonra onu müşaiyyət edən avtomobillər müəyyənləşdirilərək kimlərə məxsus olduğu aydınlaşdırılıb, kamera görüntüləri sayəsində içindəki şəxslər saxlanılıb. Bundan başqa telefon siqnalları və danışıqların təhlili də ciddi ipucları verib. Gömrük sənədlərinin araşdırılması zamanı məlum olub ki, yükün ümumi dəyəri cəmi 5 min dollar göstərilib, lakin qəribədir ki, 5 min dollarlıq “mal”a görə 8 min dollar “rüsum” alınıb…

İstintaq qrupu üzvlərinin, eyni zamanda Gömrük Komitəsinin rəhbər şəxslərinin bu işlə bağlı Gürcüstanda ezamiyyətdə olduqları da bizə verilən məlumatlar sırasındadır. Elə gömrkdə işdən çıxarılmalara dair bağlı yuxaıda qeyd etdiyimiz son məlumatlar da bizə veriln məlumatları təsdiqləyir. Bu istefaların məxfi aparılan istinaqın nəticəsi olduğu istisna deyil.

İstintaq son dərəcə gizli aparıldığından saxlanılanların sayı, kimlikləri və digər təfərrüatlar barədə məlumatlar əldə etmək mümkün olmayıb. Bununla belə, AzPolitika.info-ya daxil olan informasiyalar, eləcə də mediaya sızdırılan digər məlumatların təhlili onu deməyə əsas verir ki, 3 ton heroini Azərbaycan ərazisindən maneəsiz keçirilməsi, sonra Gürcüstan ərazisində yaxalanması rəsmi Bakıda cox ciddi narahatşılıq yaradıb. Ona görə də, bununla bağlı daha səs-küylü həbslərin və istefaları olacağı istisna deyil.

Düzdür, bu işi həyata keçirməyə nail olan qüvvələrin kifayət qədər qüdrətli olduğu şübhə doğurmur. Ancaq cinayət başında yaxalananda qüdrətli dairələr də bədəl ödəməli olur...

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar