"Notr-Dam kilsəsinin yanmasına ürəyim ağrıdı" - Allahşükür Paşazadə

"İraqda, Suriyada “Allahu-əkbər” deyib baş kəsənlər dinimizi gözdən salır".

ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri qeyd edib ki, İraqdan və Suriyadan bəzi ailələrin uşaqları ölkəyə gətirilir: "Onların da bəzilərinin günahı bizim boynumuzdadır. Din xadimlərinin əhatə dairəsi çox genişdir. Tək məsciddə deyil, kənarda da təbliğat aparmalısınız".

Allahşükür Paşazadə deyib ki, Notr-Dam kilsəsinin yanmasına ürəyi ağrıyıb: "Dünyada harada olmasından asılı olmayaraq, bütün məbədlər Allahın evidir".

Şeyxülislam nəzərə çatdırıb ki, bu gün torpaqlarımızın 20 faizi işğal altındadır, dini məbədlərimiz də işğal altındadır: "Mən əvvəllər Naxçıvanın qazısı olmuşam. İnsanlarımız İrəvandakı ziyarətgahlarımızı ziyarət edirdi, indi onlar yoxdur, məhv edilib. Bəzən buradan çıxan azərbaycanlılar xaricdə bizim əleyhimizə danışır. Hətta ermənilərlə dostluq edənlər də var. Bunlar bizi incidir, təəssüfləndirir. Din xadimləri bunları cəmiyyətə çatdırmalıdır".

635x100

Şərhlər

t.ədalət 2019-04-29 12:05:00

Mənim ürəyim ağrımadı.Əlcəzairdə müsəlmanları qətl edən,Fransanın yeraltı çirkab sularını axıtmaq üçün boğucu tunellərə doldurulub öldürülən əsir müsəlmanlardan istifadə edən və Türkiyənin əleyhinə yunanlar tərəfindən döyüşən fransızlar,məhz həmin kilsənin çağırışına qoşulanlardır.Tanrı haqsızları er,ya da ki gec cəzalandırır.Anti-müsəlman yuvalarından olan Vatikan da Allahın qəzəbinə gələcək..

Van Gogh 2019-04-29 12:05:00

Sovetskidəki məscidlər söküləndə heç bir yerin ağramadı təsadüfən?

BƏS ÇEXİYADA NECƏDÜ??? 2019-04-29 12:05:00

DEYƏSƏN MARKETA ŞPİŞKOVA OTVAL VERİB SƏNƏ UJEY AYNUR KV-Nİ FƏRARİ OĞLUN MƏHƏMƏDİN ADINA ÇEVİRMİSƏN...

abdullah 2019-04-29 12:05:00

Biz muselmanlar ise hec de pis olmadiq,tam eksi sevindik.Hem orani ve benzeri yerleri ne deye Allahin evi adlandirirsan?Meger orada Allah a ibadet edilir? Orada iİsaya a.s ibadet edirler,isa İse Allah deyildir. Kitab oxumaq lazimdir,kitab.Unutdugun kitab,emel etmediyin kitab,xeyanet etdiyin kitab

Son yazılar