"MİRŞAHİNİN YOLU HAMIYA BƏLLİDİR..." - İsgəndər Həmidov

Xəbər verdiyimiz kimi, jurnalist Mirşahin "Real TV”nin efirində Nemət Pənahlının keçmiş daxili işlər naziri İsgəndər Həmidovun ünvanına səsləndirdiyi təhqiramiz ifadələri yayımlayıb. Məsələ ilə bağlı BakuPost.az İsgəndər Həmidovun münasibətini öyrənib.

İ.Həmidov bildirib ki, Nemət Pənahlının sözləri onun üçün maraqsızdır: "Mənim o səsyazmadan xəbərim yoxdur. Heç maraqlı da deyil. Nemət nə deyir, desin, bu, onun qanacağı, mədəniyyətidir. Biz zəhmətimizlə, xalqa xidmətimizlə hər şeyə cavab verəcəyik. Onsuz da məni sağdan-soldan çox vururlar. Mən konkret qərara gəlmişəm ki, belə insanlara işimə, xalqa xidmət etməyimlə cavab verim. Mirşahinin yolu isə hamıya bəllidir, ara vurmaqla məşğuldur. Nemət də Mirşahinlə eyni yoldadır”.

Xatırladaq ki, telejurnalist Mirşahin Ağayev özünün müəllif proqramında sensasion səs yazısı yayımlayıb. Səs yazısında Azərbaycan Xalq Hərəkatının üzvlərindən Nemət Pənahlı İsgəndərovun Həmidovun ünvanına ağır ittihamlar və təhqiramiz sözlər dilə gətirir.

635x100

Şərhlər

Emin 2019-04-29 12:38:25

Mirwahin .... taan ozudu,onun kimi .... dunyada axtarsan tapa bilmarsan,Neymat Panahli .... bunu da hami bilir

Son yazılar