Cəbhədə erməni hərbçiləri bir-birini öldürdü

Axşam saat 18.30 saatlarında Ermənistan ordusunun muzdlusu Vladimir Aleksanoviç Hayrapetyan həlak olub.

Erməni əsgərin xidmət yoldaşı tərəfindən vurulduğu ehtimal edilir. Ermənistan Müdafiə Nazirliyi 1995-ci il təvəllüdlü Vladimir Hayrapetyanın başından aldığı güllədən öldüyünü bildirib.

Məlumata görə, hadisə Ermənistan ordusunun postlarından birində baş verib. Hadisə ilə bağlı döyüş xidməti qaydalarının ağır nəticələrə gətirən şəkildə pozulması ilə bağlı cinayət işi açılıb.  /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar