"MƏNƏVİYYATIMI QORUYA BİLMİŞƏM..." - Abutalıbov ittihamları cavablandırdı

Baş nazirin müavini Hacıbala Abutalıbov mətbuatda onunla bağlı yayılan məlumatlara münasibət bildirib. Sabiq mer “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun haqqında verilən informasiyalar yalan və iftiradır: “Yalan ayaq tutar, yeriməz.

Verilən informasiyalarla dərc olunmuş sənədlər tamamilə bir-birini təkzib edir. Bu informasiyaları ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunmuş Vidadi Əliyevdir. Bu, onun sənədləri saxtalaşdırma yolu ilə mənimsəmə və qanunsuz olaraq tikdiyi obyektlər haqqında məlumatlar aidiyyatı dövlət orqanlarına məlum olduqdan sonra öz gördüyü işləri ört-basdır etməyə çalışması və ona nail olmadıqda əvvəllər - məhkum olunduğu vaxtda istifadə etdiyi böhtan dolu bir şantajdır.

Özəlləşdirmə ilə əlaqədar verilən informasiyaların mənə heç bir aidiyyatı yoxdur. Əminəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmir və özəlləşdirə də bilməz. Mən bu günə qədər mənəviyyatımı qoruya bilmişəm. Ümummilli lider Heydər Əliyevimizin yanına getməyə tələsən Hacıbala Abutalıbov bundan sonra mənəviyyatını yüzqat qorumalıdır və qorumağa çalışacaq. Zəhərli ilanın nə qədər günahı varsa da, ona zəhərverən koramalın günahı isə çox-çox böyükdür".

"AzPolitika.info" xatırladır ki, bir sıra saytlarda yayılan məlumatlarda Hacıbala Abutalıbovun Bakı şəhər İcra hakimiyyətinin rəhbəri vəzifəsini icra edərkən dövlət əhəmiyyətli binaları öz qohumlarının adına qeyri-qanuni özəlləşdirməsi, sahibkarların mülklərini əlindən alması və icra hakimiyyətinin tikinti işlərini görən fəhlələrin məvacibini veməməsi ilə bağlı iddialar yer alıb.

Belə ki, yayılan məlumatlara görə, Bakı şəhəri Xətai rayonu General Şıxlınski küçəsi 95A saylı 14 mərtəbəli bina Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin Sərəncamı əsasında hərbi qulluqçular üçün inşa edilmiş,həmin binanın 1-ci mərtəbəsində və yarım zirzəmisində hərbi qulluqçulara müxtəlif mərasim məclisləri üçün nəzərdə tutulan 609.7 kvadrat metr sahə mövcud olub. Prezident İlham Əliyevin, Müdafiə naziri və digər dövlət məmurlarının iştirakı ilə binanın açlışının olduğu, hərbi qulluqçuların xidmətinə verildiyi bildirilir.

Hacıbala Abutalıbovun vəzifəsindən süi istifadə edərək, hərbiçilər üçün dövlət vəsaiti hesabına tikilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi və yarımzirzəmisində yerləşən 609.7 kvadrat metr sahəni ənənəvi olaraq "Klassik-Şəms" MMC adına özəlləşdirdiyi iddia olunub. Sonradan da "Klassik-Şəms" MMC-nin rəhbərliyinin xəbəri olmadan həmin sahəni öz yaxın qohumunun adına rəsmiləşdirdiyi qeyd edilir.

Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayonu Füzuli küçəsi 39 saylı binanın (sürüşdürülən bina) birinci mərtəbəsinin də  "Klassik-Şəms şirkətinin adına özəlləşdirdiyi bildirilir. Sonradan "Klassik-Şəms" şirkətinin heç bir xəbəri olmadan Hacıbala Abutalıbovun göstərişi ilə yaxın qohumunun adına rəsmiləşdirərək, öz adına götürdüyü (Qədim Kitabxana olub) iddia olunur. Qanuna əsasən isə kitabxana Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə ləğv ediləndən sonra özəlləşdirilməli idi.

Bundan əlavə bildirilib ki, "Qış Park"ı adlanan ərazidə 21.06 2013-ci ildə 241 saylı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun sərancamı ilə "AY-1"MMC-yə güya öz vəsaiti hesabına 3 ədəd ictimai iaşə obyektinin tikilməsi üçün icazə verilmişdir. Həmin avtomobil dayanacağı və Yeni Park kompleksinin tam olaraq dövlət vəsaiti hesabına tikilib. Ancaq Hacıbala Abutalıbov öncədən öz yaxın qohumunun adına yaratdığı MMC-yə bu ictimai iaşə obyektlərini güya öz vəsaitləri hesabına tikəcəklərinə sərəncam verdiyi (sərəncam əlavə edilir) qeyd olunub.

Qeyd olunub ki, Hacıbala Abutalıbov həmin obyektləri özü üçün nəzərədə tutub və öz yaxın qohumlarının adına rəsmiləşdirib. 3 ədəd "Palid"," İnnabi" və "Zanbaq" kafelərinin,  avtomobil dayanacağının Yeni Park kompleksinin bir hissəsi olaraq inşa edilməsinə baxmayaraq, Abutalıbov tərəfindən ələ keçirildiyi iddia edilib.

Eyni zamanda Hacıbala Abutalıbovun  xeyli sayda obyekti saxta yollarla özəlləşdirdiyi, həmin obyektləri isə xaricdə yaşayan oğlunun vahabi dostlarının işlətdiyi billdirilib...

Qış Parkındakı obyektləri Hacıbala öz xeyirən necə mənimsədi - FOTO-FAKT

Qış Parkındakı obyektləri Hacıbala öz xeyirən necə mənimsədi - FOTO-FAKT

Qış Parkındakı obyektləri Hacıbala öz xeyirən necə mənimsədi - FOTO-FAKT

635x100

Şərhlər

Mahir Əliyev 2019-04-29 22:24:59

Bircə kəlməsənə yaraşan söz:TOQQUŞ.

Elman Mahmudova 2019-04-29 22:24:59

Abutalıbovun yalanlarının üstini sayı hesabı olmayan köməkçilər niyə açmırdı? Axı mərhum Prezident bu yalanları hiss etməyə bilməzdi.Bax əsl məsələ oradan başlayıb hələ də dabam etməkdədir.Pirverdiyev və Məmmədovlar timsalında.

EJDER 2019-04-29 22:24:59

ANALOQU OLMAYAN HOKUMETIMIZIN ANORMAL MEMURU...HACI BALA MALLIM BAYRAMIN MUBAREK.INDI .. NECE OTCET ELYAJAQSAN, GÜL BAYRAMI OTMENIT OLUNDU...KEC BUL BUL BAYRAMINA.SARAKAZI CANI.AMMA BU BIRISI MEMURLARA BAXANDA ,SENE MIN WUKUR...FEYZIYAB OLURAM.NAZIRLER KABINETINDEN MUQAYAT OLUN,SURUWUB GETMESIN.KSTATI,5 MERTEBENIN ALTINDAKI,BINANIN,,SURUWMWSI,,MILLETE NECEYE BAWA GELDI,BES BAYRAQ MEYDANI,YEQIN SENLIK DEYIL...

oxucu 2019-04-29 22:24:59

ay Allah bir dənə də olsa təmiz məmura rast gəlmədik.bu nə rusvayçılıqdır.

Etibar 2019-04-29 22:24:59

.......Axı o həyatını kortəbii surətdə Heydər Əliyev ideyalarına həsr edib və onun üçün karyera,ailəsinin firavan yaşaması ümümumxalq mənafeyindən tamamilə üstündür. Belələri məhz xalq düşmən hesab edilməlidir.

Elli 2019-04-29 22:24:59

hacıbala abutalıbov "ANM-Bakı"ASC-nin torpağını səhmdar cəmiyyətdən xəbərsiz tikinti şirkətinə satıb və həmin torpaqda 20 mərtəbəli bina tikilib, binanın mənzilləri yaxşı qiymətə satılıb, səhmdarlara isə səhmin dəyəri verilmir. Təsəvvür edin səhmin qiyməti 0,50 qəpikdir.Bunun belə "işləri" çox olmuşdur.

kamran 2019-04-29 22:24:59

Ümummilli liderimiz Heydər Əliyevin yanına tələsirsinizsə Xalidə xanım Bayramovadan xahiş edək bu işi tezləşdirsin!

Cahangir 2019-04-29 22:24:59

Abutalıbov mənəviyyatını qoruduğunu nə ilə sübut edə bilər? Aldığı rüşvətlərlə.gördüyü yaşıllığa düşmənçilik münasibəti ilə.satdığı torpaq sahələri ilə,rüşvətxorluğu yaymaqla,varlanmaqla,oğlunun vahabiliyi ilə və s... Qoy bunları izah etsin.Yoxsa büdcə hesabına (əlavə ayırmalar ) tikilmiş,göstərişlə paylanmış evlərlə, oliqarxlrın, biznexsmenlərin çəxslərinə məxsus tikililərlə,şadlıq evləri.restoran, villalarla,masaj salonları ilə və bu kimi özəl obyektlərlə?

antiAbu 2019-04-29 22:24:59

"Yaşıl bazar", "Keşlə bazarı", "Çermet tikinti malları bazarı", "Yeni Yasamal bazarı" və s. bazarlar, "Günəş Petrol"lar, "Cənub"mehmanxanası, Fəvvarələr meydanın yanındakı onlarla obyektlər və s. bu "mənəviyyətli"nindir. Cavid parkındakı çayxanası gözünü doydurmayıb, AMEA-nın qarşısınta tualet tikdirib oradan da pul qazanır. Mən əminəm ki, əgər milli lider Heydər Əliyev yaşasaydı, Tbilisidə keçirilmiş müşavirədə Dəmirçiyanın qulağının dibinə qoyduğu şillədən birini də bu "mənəviyyətli"yə ilişdirərdi.

t.ədalət 2019-04-29 22:24:59

Hacıbala N. Pənahlının partiyasının ilk üzvlərindəndir.Partiya mənsubiyyətini tez-tez dəyişib.Ata tərəfi Ordubaddandır.Ana tərəfinin araşdırılması gərəkdir."Əliyevçilər" deyir ki,o, Suraxanıya başçı olanda evinə getdik.Qabağımıza "yırtıq-sökük" məktəbli idman formasında çıxdı.Geyimindən utanıb geri qayıtdıq.Küçə tədbirlərinin birində arxadan aldığı təpik zərbəsindən ciddi sarsıldığı deyilir. Ordubad ağsaqqalları ilə Elçibəydən mühüm bir xahişdə bulunub.Qardaşı Osmanı tikintilərə işıq çəkən qoymuşdu..

TARIX 2019-04-29 22:24:59

HACIBBALA MÜƏLLİM SƏN ALLAH SƏNDƏ OLMAYAN ŞEYLƏRDƏN DANIŞIB İNSANLARIMIZIN ƏTİNİ TÖKMƏ.

Müəllifə 2019-04-29 22:24:59

Abutalıbov tarixə komik ,boşboğaz,rüşvətxor (qadın vasitəsilə alırdı) və yalanşı imici ilə düşəcək.Belə bir adamın belə postlara təyini anlaşılmaz olduğundan rüşvət təminatı istisna deyil ki, bu da ölkədə radr iyasətinin nə yerdə olduğuna əyani sübutdur.Çünki kiçik bir laboratoriyanı idarə də bilməyən bir şəxsin belə məsul postlara təyini həqiqətən şübhə yaradır.Belə müsahibələr yalnız sifarişli ola bilər ki, bu da özünü müdafiə sayılar.

VƏTƏNDAŞ 2019-04-29 22:24:59

Hacibala Abutalibov vaxti Qara Qarayev metrosundan HƏZİ Aslanov metrosuna qədər yolun sağ və sol hissələrində 20 mindən çox yaşil ağaclar məhf edilib

rashad haciyev 2019-04-29 22:24:59

Allah gozuvu doydursun

elman maxmudov 2019-04-29 22:24:59

Gorasan hansi ucuz manaviyyatdan danisilir onun gurdugu rusvat mexanizmi bu gunda maktabagadar usag muassalarinda ticarat departamentinda davam edir BSIHB oldugu ilk gundan bu isla masgul olub bu gurum inventarizasiya edilmalidir budcadankanar daxil olmalar va xarclanmalar arasdirilmalidir kecmis elmi isci pula du gadar haris olmamali idi

t.ədalət 2019-04-29 22:24:59

Bakı ŞİH-nin keçmiş rəhbəri Rəfael müəllimin Az.TV-dəki çıxışı yadıma düşdü: ..Bakının küçə və bazarlarındakı ticarət yerlərinin dağıdılması məndən tələb olunur.Bunu edə bilmirəm.Küçə və bazarda ticarətlə məşğul olanlar məcburi köçkünlər və müharibədə şəhid olanların ailələridir.Onların gəlir yerini qapatsam,balaları acından ölər."Hacıbala onun yerinə keçəndən sonra heç kimə aman vermədi.Bir qadın deyirdi ki,köşkümüzü əlimizdən aldı,körpələrimiz ölməsin deyə,ancaq bir yolumuz qalıb...

elman maxmudov 2019-04-29 22:24:59

Bu adam na gadar ...o hatta BSIHB yeni tayin olunanda marhum prezidentimizada yalan malumat vermakdanda cakinmirdi bu idi onun sadigliyi yani kecmis elmi iscilar pulu bu gadar sevarmis

ayrım 2019-04-29 22:24:59

hörmətli sayt birində mən deyim. hacıbala qarabağ muharibəsində şəhid olmuş şəhid atası Kərəm Yolcuyevin Nəsimi rayonu ərazisindəki obyektini dağıdıb yaxın qohumuna verib. Bundan başqa digər bir Qarabağ müharibə iştirakcısı 1-ci qrup əlil Roman Nəsibova məxsus İnfiniti adlanan hazırkı obyekt əvvəlcə müğənni Flora Kərimovanın adına sonra isə Iran vətəndaşına satılıb.

antiAbu 2019-04-29 22:24:59

Bunun, öz aləmində nazirləri utandırmaq məqsədi ilə onların dalına düşüb yerə atdıqları siqaret kötüklərini yerdən götürüb cibinə yığgığının, Fizika İnstitutunun seminarında institutun bütün əməkdaşları qarşısında institutun direktoru SSRİ EA müxbir üzvü Həsən Abdullayevin ona “kabinetimdə ayaqqabımı silirsən, burada mənə qarşı çıxırsan” sözlərini deməsinin şahidi olmuşam. Bu ümumiyyətlə mənəviyyətin nə olduğunu bilirmi? Mənəviyyət beş nəfər şərəfsizi məhkəmədə haqlı insanın üzünə durquzub, hqqı tapdalamaq deyil! “Elmlər Akademiyası”metro stansiyası qarşısında bu adamın dini kitabları ilə dolu rəfi yerə aşırtdığının, sonra kitabları təpiklədiyinin, bunu görəndə dəhşətə gələn, kitabların sahibin ağlaya-ağlaya bunun üstünə gəlməsinin və bunun ona sillə vurmasının şahidi olmuşam. Allahsız adamda vicdan ola bilməz! Məşhur rus yazıçısı vicdanı Allahın insanda kiçik nümayəndəliyi adlandırıb.

antiAbu 2019-04-29 22:24:59

Əziz Nesinin “İsmətimi necə qorudum” hekayəsi var. Bu hekayədə qadın peşəkar faişə olana kimi vurub-çıxdığı oyunları sadalayır və sonda deyir ki, bütün bu oyunlara və bu oyunlar nəticəsində peşəkər faişə səviyyəsinə yüksəlməyimə baxmayaraq, mən ismətimi qorudum. İndi bunun mənəviyyətini qoruması, bu qadının ismətini qorumasına oxşayır.

Veteran 2019-04-29 22:24:59

Yeqin ki, Hacibala Abutalov "qorunmuw meneviyyat" dedikde emek haqqi kimi aldigi 1500 manata dolanmagini da nezerde tutub!

Mirzə AĞ 2019-04-29 22:24:59

"Gül bayramı" adı altında hər il ölkənin 10 milyonlarla pulunu mənimsəməklə?!

Son yazılar