“Hesab edirəm ki, ruslar və ukraynalılar eyni xalqdır” - Putin

Ukraynanın yeni prezidenti Vladimir Zelenski bütün rusiyalılara Ukrayna pasportunun verilməsi təşəbbüsü ilə çıxış edib. Bu, Donbasda yaşayanlara Rusiya pasportlarının paylanmasına cavab reaksiyası olub.

Virtualaz.org “360” telekanalına istinadla xəbər verir ki, Zelenskinin təşəbbüsünü Rusiya prezidenti özünəməxsus şəkildə cavablandırıb.

Vladimir Putin deyib: “Bu, onu göstərir ki, biz razılığa gələcəyik, ümumi cəhətlərimiz çoxdur. Rusiyalılar və ukraynalılar ümumi vətəndaşlıqdan yalnız qazanardılar.

Ümumiyyətlə, hesab edirəm ki, ruslar və ukraynalılar əslində eyni xalqdır. Özünəməxsus mədəniyyətləri, dilləri və tarixləri ilə, amma mahiyyətcə eyni xalq”.

635x100

Şərhlər

t.ədalət 2019-04-29 23:00:05

Ruslar və ukraynalılar,doğrudur, slavyan xalqlarıdır.Amma Rusiya hökuməti bu xalqların tarixi kökünə çox ciddi zərbələr endirdi.Krımda onları təhqir,Donbas və Luqanskda isə məhv etdi.Ukraynada əsgər olanda onlarda ruslara qarşı genetik bir nifrət gördüm.Ukraynalılarda güclü vətənpərlik hissi mövcuddur.Biz, bunu Taras Şevçenkonun "Vəsiyyət" şeirində də görürük:"..Məni elə bir təpədə dəfn edin ki,oradan Ukraynanın ucsuz-bucaqsız çölləri görünsün".Ukraynalılar nə təcavüzkar,nə də ruslar kimi zalım deyillər..

Son yazılar