Krım türkləri Timoşenkodan imtina etdilər

Krım türklərinin lideri Mustafa Krımoğlu Ukraynada keçiriləcək parlament seçkilərində hazırkı Ukrayna prezidenti Pyotr Poroşenkonun təsis etdiyi blokda seçkiyə gedəcəyini açıqlayıb.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Krımoğlu “Batakvşina” partiyasının lideri Yuliya Timoşenkonun təklifini qəbul etməyərək seçkiyə hazırkı prezidentlə gedəcəyini açıqlayıb.

Kırımoğlu qeyd edib ki, Poroşenkonun hazırda apardığı siyasəti Krım türkləri dəstəkləməkdədir.

Krımoğlunun sözlərinə görə, Poroşenkonun blokunda Krım parlamentinin rəhbəri Rafat Çubarev də yer alacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar