Azərbaycanda saxlanılan nurçular yenidən Ali Məhkəməyə müraciət edib

Azərbaycanda həbs edilən nurçular - Eldəniz Hacıyev və İsmayıl Məmmədov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başlayır.

ONA-nın şikayət hakim Şahin Yusifovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclasının vaxtı yaxın günlərdə məlum olacaq. Şikayətdə hər iki şəxs barəsində bəraət hökmünün verilməsi istənilir.

Qeyd edək ki, 2013-cü ilin aprel ayında hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində apardıqları axtarış zamanı evdə toplantı keçirən "nurçu" təriqətinin 41 üzvü saxlanılıb. Həmin şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə Hacıyev Eldəniz Balamət oğlu, Məmmədov İsmayıl İsax oğlu və Səbzəliyev Rəvan Həkim oğlu barələrində həbs qətimkan tədbiri seçilib. Sonradan onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etmə) maddələri ilə ittiham olunub. Yasamal Rayon Məhkəməsində təqsirləndirilən şəxslər - Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Səbzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər biri məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan həmin şəxslər apellyasiya şikayətləri veriblər. Təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesin ilkin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. Məhkəmə nurçuların kassasiya şikayətini təmin etməyib. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, R.Səbzəliyevin cəzası başa çatdığı üçün məhkəmə zalından azadlığa buraxılıb. Z.Məmmədov və Ş.Həsənov barəsində 2 il yarım sınaq müddəti olmaqla azadlığa buraxılıb. Digər iki şəxs - E.Hacıyev və İ.Məmmədovun cəzası 5 ildən 3 ilə endirilib. Daha sonra həmin şəxslər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. Onlar barəsində bəraət hökmünün çıxarılması istəyiblər. Lakin məhkəmə onların şikayətini təmin etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar