ƏHALİ ÜÇÜN NƏZƏRDƏ TUTULAN TƏBİİ QAZIN LİMİTİ ARTIRILDI - 1700-dən 2200 kubmetrə

"Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb. 

Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclasından sonra iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda güzəştli tariflərdən əhalinin 85%-i istifadə edəcək: "Qərar sabahdan qüvvəyə minəcək. Hesablanma mayın 1-dən hesablanacaq".

Nazir deyib ki, bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 mln. abonent və ya 6 milyon nəfər istifadə edirdi: "Mövcud qərara əsasən, əlavə olaraq, 300 min abonenti (1,2 milyondan çox vətəndaş) istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərin xüsusi çəkisi 70%-dən 85%-ə yüksələcək".

Xatırladaq ki, Tarif Şurasının 1 dekabr 2016-ci il qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

635x100

Şərhlər

DAVUD Babayev 2019-04-30 19:27:55

LİMİTDƏN ƏLAVƏ 5 QƏPİK OLSUN.ƏHALİ DOYUNCA QAZDAN İSTİFADƏ ETSİN.

Vətəndaş 2019-04-30 19:27:55

Limitin qaldırılması aztəminatlı ailələr üçün dəstəkdir. Son vaxtlar rifahın yaxşılaşması üçün atılan addamların davamımı olaraq yüksək qiymətləndirmək lazımdı məncə

veten dashi 2019-04-30 19:27:55

Bu boyda "inkişaf edən" məmmləkət və onun sərvəti.... Millətə qətrə-qətrə verin onlar zəif düşməsinlər.Parlamentdə oturanlar bu xalqın ən kölə pisixologiyalı şəxsləridir.

vidadi 2019-04-30 19:27:55

bosh sohbetdi

EJDER 2019-04-30 19:27:55

BU ANALOQU OLMAYAN HOKUMET ANCAQ FIRILDAQLA MEWQULDU,SARAKOZI CANI

t.ədalət 2019-04-30 19:27:55

Təəssüf ki hakimiyyət limitə "yox!" deyə bilmədi.Limit varsa,deməli ,dövlət əhalinin ehtiyaclarından xəbərdardır və qəsdən vətəndaşları qaz ehtiyacı ilə imtahan edir.Eynən yollarda qurulan "sarı tor" tələsi kimi.Yolları enlətmək,keçidləri tunellərlə asanlaşdırmaq əvəzinə cərimə tələsi qurulan kimi,qaz və işıqla da vətəndaşların cibinə girirlər.İqtisadiyyatı çökən ölkələr düşdükləri vəziyyəti fırıldaqla ötüşdürmək istəyirlər..

Son yazılar