Venesuelada ordu Maduronu seçdi - Quaydoya gözyaşardıcı qaz tətbiq olunub

Venesuela müdafiə naziri Vladimir Padrino Silahlı Qüvvələrin tam olaraq ölkə konstitusiyası və legitim hökumətin tərəfində olduğunu bəyan edib. ONA-nın xəbərinə görə, bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Ordu milli konstitusiyanı və qanuni hakimiyyəti tam dəstəkləyir. 8 vilayətdə yerləşdirilmiş bütün hərbi hissələr ştatlarda və bazalarda normal vəziyyətin olduğunu məruzə ediblər. Hər kəs öz komandirinə tabedir”,- deyə nazir qeyd edib. O, həmçinin bildirib ki, ordu çevriliş təşkilatçılarının fəaliyyətini rədd edir.

Venesuela Milli Konstitusiya Assambleyasının sədri Diosdado Kabelyo isə deyib ki, müxalifətin Karakasdakı aviabazaya daxil olmaq cəhdləri uğursuzluqla nəticələnib. O, prezident Nikolas Maduronu qorumaq üçün xalqı Prezident Sarayının qarşısına toplaşmağa çağırıb.

Venesuela müxalifətinin lideri Xuan Quaydoya və onun yanında olan 70 nəfərə qarşı gözyaşardıcı qaz tətbiq olunub. “Reuters”in şahidlərə istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Karakasdakı La Karlota aviabazasının yaxınlığında qeydə alınıb.

Qeyd edək ki, Venesuela müxalifətinin lideri Xuan Quaydo bu gün yaydığı videomüraciətində hərbçiləri üsyana və prezident Nikolas Maduronu devirməyə çağırıb. Baş verənləri “Azadlıq” əməliyyatının final mərhələsi adlandıran müxalifət lideri bildirib ki, ordu onun tərəfindədir.

Venesuelanın informasiya naziri Xorxe Rodriqes öz “Twitter” səhifəsində yazıb ki, hökumət müxalifətə bağlı bir qrup hərbçi tərəfindən təşkil olunmuş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün tədbirlər görür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar