Gəncə-Daşkəsən avtomobil yolunda qəza baş verib

Gəncə-Daşkəsən avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 54 yaşlı Akif Əsgərov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, həmin avtomobil yolunda dünən də avtomobil qəzası baş verib və 8 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar