Bakıda mağazadan 10 mobil telefon oğurlandı

Dərc olunub: 30/04/2019 - 22:58

1Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə Q.Qarayev prospektindəki mağazaların birindən 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğun mağazanın qapısının qırılaraq törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin