İsa Qəmbərdən Zərdüşt Əlizadəyə SƏRT SÖZLƏR - “Yalan danışmağa...”

"Siyasətçinin bildiyi hər şeyi deməməyə ixtiyarı var, amma siyasətçinin yalan danışmağa ixtiyarı yoxdu. Mən səhv edə bilərəm, amma heç vaxt şüurlu şəkildə yalan danışmıram. Təbii, həyat müəyyən bəyaz yalanlara məcbur eləyə bilər, ancaq mənim yalana nifrətim var. Və nəsə yazacağamsa, həqiqətləri yazmalıyam. Ən azı, bildiyim həqiqətləri və ya həqiqət hesab elədiklərimi. Bu isə o deməkdi ki, bu gün də həyatda olan yüzlərlə insan haqqında – onların səhvləri, zəiflikləri, xəyanət demək istəmirəm, ancaq Azərbaycana dəhşətli ziyan vurmuş addımları vəs. barədə bildiyim, düşündüyüm nə varsa, hamısını yazmalıyam. Onda da gündəm dəyişəcək, insanlar tamam başqa mövzulara istiqamətlənəcəklər”.

Bunu "azlogos”a müsahibəsində Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bildirib. O, nə vaxt memuar yazacağı ilə bağlı sualı cavablandırarkən belə deyib.

İ.Qəmbər bildirib ki, standart bir şey yazmaq istəmir: "Bir az özümü, bir az mənə yaxın adamları tərifləyim, müəyyən məsələlərin üstündən keçim… Yazsam, müasir tariximizi kifayət qədər bilməyənlər üçün aydınlaşdıracaq, bilənlərin yadına salacaq müəyyən həqiqətləri yazmaq istəyirəm”.

Siyasi xadim suala cavabında Zərdüşt Əlizadənin də ünvanına bəzi ittihamlar səsləndirib. İ.Qəmbər deyib ki, Zərdüşt Əlizadə kimi yalan yazmaq istəmir: "Zərdüşt Əlizadə kimi yalan yazmaq istəmirəm. O, ömrü boyu yazdığı, danışdığı yalanları bir yerə toplayıb kitab halına saldı. İndi də gənclər bizə deyirlər ki, Zərdüşt Əlizadə yazdı, siz niyə yazmırsınız? O, yalan yazıb, axı?! Onun yazdıqları öz komplekslərinin, ilk növbədə natamamlıq kompleksinin nəticəsidi. Mən elə bir şey yazmaq istəmirəm. Həqiqətləri də yazanda aləm bir-birinə dəyəcək”.

Sabiq başqan memuar yazmamağının da səbəbini izah edib: "Məni narahat eləyən kimisə incitmək deyil, əsas mövzuların dəyişməsidi. Mən insanların bu günə və gələcəyə baxmasını istəyirəm. Çalışıram ki, bütün yazılarımda insanları gələcəyə yönləndirəm, ümidlərini, özlərinə, bir-birilərinə və millətə inamlarını artıram. İkincisi isə memuar janrını o qədər də sevmirəm, mənə süni təsir bağışlayır. Həm bizimkilərə, həm də avropalılara, amerikalıları məxsus çox memuar oxumuşam. Adamlar özlərini təmizə çıxartmağa çalışırlar. Oxuyanda adama elə gəlir ki, bu adam dahi imiş, həmişə dürüst, haqlı olub. Adətən də, soruşanda ki, sənin heç bir qüsurun, səhvin olmayıb, yaxud da özləri öz qüsurlarından yazanda ən böyük qüsur kimi insanlara inanmaqlarını göstərirlər.

Yəni memuar mənə özünü tərifləmək, özünə bəraət qazandırmaq, insanları özünün həmişə haqlı olduğuna inandırmaq, hadisələri öz bildiyi kimi şərh eləmək cəhdi kimi görünür. Çox nadir memuarlar var – ki, daha çox avropalılara aiddi – müəlliflər öz nöqsanlarından daha səmimi, daha rahat şəkildə danışırlar. Məsələn, mən səksəninci illərin ortalarından Azərbaycanda gedən ictimai proseslərin bu və ya digər şəkildə iştirakçısıyam, bir az da, mərkəzindəyəm. Dediyim kimi, mən yazsam, həmin dövr təzədən müzakirə olunmağa başlayacaq. Mənsə istəyirəm ki, cəmiyyətimiz diqqətini gələcəyə yönəltsin”.

Xatırladaq ki, Z.Əlizadə yazdığı memuarda keçmiş AXC və Müsavat hakimiyyəti dövründəki siyasətçilərin ünvanına bir sıra ittihamlar səsləndirib.

635x100

Şərhlər

Rasul 2019-04-30 23:04:16

------------

Arif 2019-04-30 23:04:16

Artıq insanları xalq hərəkəti dövründəki olaylarla kimsə aldada bilməz, həmin gənclər artıq yaşa dolmuş, özlərinin gözü qarşısında baş verənləri olduqca məntiqli düşünüb, səbəblərini və izahını anlaya bilirlər.Qaldıkı həqiqətləri yazmaqda aləmin bir-birinə dəyməsi, buda artıq əhmiyyətini çoxdan itirib, demək olarki o, illərin həqiqətlərinidə, yalanlarınıda insanların əksəriyyəti bilir, KİV-də olmasada öz aralarında bölüşürlər.Məncə ən düzgünü bizlər bu fitvalara hazır deyildik hazır olanda isə gec idi.

Mirzə AĞ 2019-04-30 23:04:16

Yazıq peyğəmbər - o vaxt bilsəydi ki... Yaxından tanıdığım birisi var idi - murdar xasiyyətinə görə tay-tuşları ona "sarı ..." deyərdilər... Nə yazıq ki, cəmiyyətimizdə "qumral ..."lar da var...

Son yazılar